Orkhan Zeynalli
Bəlkələr
[Bənd 1: Miri Yusif]
Hissim kədər, deyilən sözlər hədər
Yaşa gəlim ömrüm yetənə qədər
Yorulub əqrəblər, açılır səhər
Yuxusuz gözlər, yuxulu şəhər

Mən onu gözlədim ondan bixəbər
Hər günüm bir-birinə bənzər
Dənizimi örtər o ləpələr
Oxuyar sahilə “bəlkə”lər

[Nəqərat: Miri Yusif]
Bəlkələr, ay bəlkələr
Arzularımız - bəlkələr
Bəlkələr, ay bəlkələr
Dualarımız - bəlkələr

[Bənd 2: Orkhan Zeynalli]
İllərin yorğunusan, Miri, sən daha yaxşı bilirsən
Nədir həyat, nədir zaman, nədir ata olmaq
Kaseti fırladım geri, uşaqlığın səsi gəldi
Görəsən, atam istəyirdimi nə vaxtsa ata olmaq?!

Görəsən, yükəmmi və ya həyatdan tələbəmmi?!
Ağarıbsa anamın örpəyi, mən əsas səbəbəmmi?!
Bilmirəm... Kimsə ölür, gedir, gedincə örnək olur
Kiminsə də gələcək planı bircə ölmək olur
İlham pərim yenə qaranlıq bir ev
Və işıq verməkdən yorulmuş bir şam
Yanır Bakı gecəsi
Tək-cüt yatan qəlblərin
Oyanır çoxu səhərsi tək

Bəlkə də, səhvik bu ölkədə
Həyat rahat incidə bilmək üçün
Əvvəlcə bizə ərk edər
Onun da tərk edəndə yanan gözləri
Sanki deyirdi ki, sonacan gözləyim

Baxmıram sabah haqqında proqnoza
Kim deyəcək ki, bizə hansı gün yaxşı, hansı pis?
Xoşbəxt günlər təqvimdə yazılsa əvvəldən
Bilərdik, əsl sevgiyə aparır hansı iz

Gözlərim yol çəkir, gələcək haqqında
Görəsən, nə deyə bilər gələcək haqqımda?!
Ən azı mən həyatdan, həyat məndən razı
Susur sevgi, bu gün qələm illərdən yazır

[Nəqərat: Miri Yusif]
Bəlkələr, ay bəlkələr
Arzularımız -bəlkələr
Bəlkələr, ay bəlkələr
Dualarımız - bəlkələr