Orkhan Zeynalli
Səbəbkar
[Bənd 1]
Pəncərələrdən qəlbə nur saçan gündə
Çarəsiz şəfəqlərdə əksin var
Güzgü önündə sevgidən yanan gözlər
Susduğum bütün sözlər səndə donar

[Keçid]
Nə qədər uzaq uçsaq
Bir-birimizdən qaçsaq
Qəlbdə eşqə yer varsa
Sevgi qovuşar

Nə qədər uzaq uçsaq
Bir-birimizdən qaçsaq
Qəlbdə eşqə yer varsa
Sevgi qovuşar

[Nəqərat]
Səbəbkarısan şirin arzularımın
Tək açarısan sevgi qapılarımın
Səbəbkarımsan, sənə yazılar ömür
Əlvan arzularımız daima yanar

Səbəbkarısan şirin arzularımın
Tək açarısan sevgi qapılarımın
Səbəbkarımsan, sənə yazılar ömür
Əlvan arzularımız daima yanar
[Bənd 2]
Tək diləyimsən, ən çox dinlədiyim səs
Döyünən ürəyimdə rəsmin var
Boş qaçışları, ümidsiz yağışları
Səbəbsiz yağışları sənlə dolaq

[Keçid]
Nə qədər uzaq uçsaq
Bir-birimizdən qaçsaq
Qəlbdə eşqə yer varsa
Sevgi qovuşar

Nə qədər uzaq uçsaq
Bir-birimizdən qaçsaq
Qəlbdə eşqə yer varsa
Sevgi qovuşar

[Nəqərat]
Səbəbkarısan şirin arzularımın
Tək açarısan sevgi qapılarımın
Səbəbkarımsan, sənə yazılar ömür
Əlvan arzularımız daima yanar

Səbəbkarısan şirin arzularımın
Tək açarısan sevgi qapılarımın
Səbəbkarımsan, sənə yazılar ömür
Əlvan arzularımız daima yanar