Orkhan Zeynalli
Qartal Baxışı
[Bənd 1: Muxtar Abseynov]
Bir sabah qanadını göylərə açdı
Eşidib türkün naləsin
Ruhumuzun kəbəsin
Bir payız bu səmadan qartalım uçdu
Torpağıma göz dəyməsin
Çirkli əllər dəyməsin
40 gün, 40 gecə
Döndü bir gücə
Həzm edə bilmədi düşmən əzmi
Danışdıq, olmadı, döyüşlə əzdik
40 gün, 40 gecə
Yol uzun, həm incə
Bu yol zəfər yolu, tək hüzurdur
İrəvan, Göyçə, Zəngəzurdur
[Nəqərat: Muxtar Abseynov]
Üç rəngli bayraqla
Ay ulduz taxmaqla
Hər qarış üçün
Biz barış üçün
Döyüşdük yadlarla
Üç rəngli bayraqla
Ay ulduz taxmaqla
Hər qarış üçün
Biz barış üçün
Döyüşdük yadlarla
[Bənd 2: PRoMete]
30 ildi deyilirdi “səbir et”, səbir etdik
Çatdı məqam, dedik “əmr et”, məhv etdik
O qayalarda hələ də cəsarətin izi qalıb
Düşmən o qədər baş əydi ki, yerdə dizi qalıb
Bitdi artıq göz yaşı, bitdi çadır, hüzün
Tanrı öz sahibiyçün yaradıb Cıdır düzün
Qartal bir baxışıyla, həqiqəti gördü
Topxana meşəsi ətrafında ədaləti hördü
Bizim yaddaş igidliyimiz qədər sərhədsiz
Bəsdir onilliklərlə yad ellərdə yeltək əsdiz
Odlar yurdunun oğlu bu yeli külə döndərdi
Viran qoyduğunuz hər toxumu gülə döndərdi
Bu yol hələ bitməyib, bu zəfər yoludur
Böyük və şanlı Turan aran elinin kəmər yoludur
Deyin, tərk edib getsin qəbul edib qədərini
Tərk etməsə bir də çətin açsın səhərini
[Nəqərat: Muxtar Abseynov]
Üç rəngli bayraqla
Ay ulduz taxmaqla
Hər qarış üçün
Biz barış üçün
Döyüşdük yadlarla
Üç rəngli bayraqla
Ay ulduz taxmaqla
Hər qarış üçün
Biz barış üçün
Döyüşdük yadlarla
Üç rəngli bayraqla
Ay ulduz taxmaqla
Hər qarış üçün
Biz barış üçün
Döyüşdük yadlarla