Orkhan Zeynalli
Bəstəkar
[Bənd 1] [ProMete]
Ağ not, qara not çalır bəstəkar
Dörd oktava ona gəlir dar
Çalınacaq hələ çox zil, çox bəm var
Ahəng pozulub, özü hiss edib

Otaq səliqəsiz, həm də tüstü qoxur
Rəfdə olmalı kitabların yerdə çoxu
Saatda şarj bitib, işləmir oxu
Əqrəblər göstərir - 12:30

Həyat çox quduz
Oynamağa həvəs yox
Oysa hamı maskalarını taxıb
Öz pərdəsini gözlər
Niyə insanları işıq yox, kölgələr izlər?

Budur sual!
İşə düşür alışqan, yenə tüstü
Sanki bəstəkar tüstüylə örtmək istəyir yaddaşının üstün
Gözlər eynək arxasında dolu və küsgün

“Düzgün atılmamış addımlar, sonda uçuruma gətirir” - deyənlərə
“Həyat sınaqdır” - cavab verən bəstəkar intihara hazırdır
Pərdələr açılır, o, əlində drijor çubuğu əvəzinə ülgüc
Son bəstəsinin son notunu venada qoyur
Və alçaq təzim…
[Skit]
"Я играю ради игры. А вы судья по всему, играете что бы выиграть
Мы с вами слишком разные люди..."

[Bənd 2] [AiD]
19-cu əsr, Paris, təmtəraqlı Luvr
Burda hətta sənətkar əsərlərini unudur
Yəqin ki, o da unudur sevmədiyi peşəsin
Burda dünya onundur, amma o, neyləsin?!

Burda divarlar tozlu, onun tozlu karyerası kimi
Buraya gələnlər çirkli, onun çirkli aurası kimi
Ötən hər gecə daha da zülmət, onda adi gün kimi
Talehin sürprizləri qəddar olur ömür kimi

50 il əvvəl çəkilən ilk şəkildə
Amansız öpüş səhnəsi idi, oldu dəsti xətti
Hər şəkildə, hər rəfində olmalı Markizin əsərləri
Kətana dikili nəzərləri yeni düşüncə beynində

Rəssam geyimi əynində, artır daim tələbələri
Qocalmış, yığılmışdı artıq qolda əzələləri
Bilir rəssam metodikasını, ustalaşıb korlaşmaq
Rəssam iynəsi işıqlı dünyayla sağollaşmaq

Sağollaşmaq istəmir ilham verən gözəlçələri
Gözəlçələrin fonundakı qışa dözümlü sərçələri
Ən incə bircə addım atıb ustad ola bilərdi
Ağ göyərçin qapı önündə bağlı qalmış pəncərəsi
Yox imiş uğur səhifəsi onun ağır həyat kitabının
Əsl döyüş qəlpəsi partlamışdı qəlbində
Amma ki, indi bu müzeydə ən baxımlı əsərlər
Onun tələbələrinin yaratdığı nümunələr

O isə bədbəxt, gözünə iynə batıra bilməmişdi
Gözəlçəsin görmüş, onu yüzüncü dəfə sevmişdi
İtirmişdi daha sonra rəssamlığın, bu da nəticə
Şizofren növbətçi Luvrda hər gecə…