Orkhan Zeynalli
İllüziya (Unreleased)
[Bənd 1] [PRoMete]
Doludur qəmli sətirlərlə kitablar
Bilinmir ki, indi sevincdən kim ağlar
Daha əvvəlkitək çağlamayan bulaqlar var
İçimdə siyasətdən doğulmamış uşaqlar var

Daxmalardan qaçanlarıq biz
Şəhərlərdə çox qələbəlik, qalmır iz
Bir gün özümü itirsəm, kim anlar ki
Qələmi vərəqə daha da sıx
Tətiyi gicgahda düşün, artsın cəsarət
Vur!

İçinə qonan qarğaları uzaqlara
Çox uzaqlara uçur
Və yalnız yalançılar ən gərəkli anlarda susur!
Yalançılıq, bu deyil qüsur

Bu, təbii fəlakət
Bu, mədəni xəyanət
Bu, bədəni zəmanət altında beyinə ticarət
Bu, yabanı bitki kimidir
Bitdiyi yerlərdə xarabalıqdan olur əlamət
Və nəqarət...

[Nəqərat] [Səbinə Rəhimova]
Gec qalmaqdan qorxmamaq
İrəli getmək, geriyə baxmamaq
Qonaq edə bilməyəcəyəm səni dünyama
Xoş gəlmisən dar daxmama
Gec qalmaqdan qorxmamaq
İrəli getmək, geriyə baxmamaq
Qonaq edə bilməyəcəyəm səni dünyama
Xoş gəlmisən dar daxmama

[Bənd 2] [AiD]
Hәqiqәt axtardıqca tapırıq biz yeni yalanlar
Qanunu yazanlar vә bu qanunla yaşayanlar
Hәyat qәlizdir, dost, yaşamaq son qәrarınsa
Ayaqda durmaqçün pәncәlәrdәn tәr axırsa

Sistemdә batmaqla irәli getmәk eyni cür bitir
Şәlalәyә gedәn çayda biz üzdükcә son yaxınlaşır
Valideyn itirәnlә inamın itirәn - eyni cür yetim
Biz yaxşı insan axtardıqca özümüz pis olduq

Biz onluq sistemindә seçdik sıfır rәqәmin
Kiminsә arxasına keçib onu güclü etmәkçün
Amma ki, tәk qalsan sәnə kiminsә yox tәlәbi
Vuruşursunuz qәlәbә üçün yox, döyüşdә seçilmәkçün

Biz hamımız eyni başlayırıq nәyisә öyrәnmәklә
Maraqsız hәyatın sәbәbin görürük böyümәkdә
Gözәl dünyanı görmürsәnsә, gözünü yum әbәdi
Bәlkә illuziya oldu xoşbәxtliyin tәk sәbәbi…
[Nəqərat] [Səbinə Rəhimova]
Gec qalmaqdan qorxmamaq
İrəli getmək, geriyə baxmamaq
Qonaq edə bilməyəcəyəm səni dünyama
Xoş gəlmisən dar daxmama

Gec qalmaqdan qorxmamaq
İrəli getmək, geriyə baxmamaq
Qonaq edə bilməyəcəyəm səni dünyama
Xoş gəlmisən dar daxmama