Orkhan Zeynalli
Günbatımları
[Nəqərat: Nərgiz Məcidli]
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani

Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani

[Bənd 1: Orkhan Zeynalli]
Üzərimə çox gəlmə
Mən o adam deyiləm
Kibritini at kənara
Yaşdır odun, alovlanan deyiləm
Bəs deyilmi əllərim?
Bəs deyilmi gözlərim?
Qoyduğum yerdə yoxsan artıq
Bəs deyirdin, gözlədim?!
Mahnıdan çıxmasaqmı?!
Mənim evimdir o
Başqa evin içində sanki daha çətin
Sevimli olmaq
Buzlarımı əridəcəyim haradasa bir dünya varsa
Orada yəqin həqiqətəm, burada sözlərim yalansa
Mahnılarımı dinlə, bu sevgi burada bitsin
Bu sevgi bitməyəndə nə baş verir, yaxşı bilir
Ver əlini, yum gözünü, ürəyinin səsinə inanma
Mahnılarda Orxan həyatdakından yaxşı biri
[Nəqərat: Nərgiz Məcidli]
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani

Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani

[Bənd 2: Orkhan Zeynalli]
Gizlənirəm içində sonetlərin
Özümə uyğun yer tapa bilməyəndə içində planetlərin
Səma sənin, dəniz mənim, görüşək, bu rep - gəmi
Sevməyin şərt deyil, əzizim, mahnımı dinlə, arada yad et məni

[Keçid: Orkhan Zeynalli, Nərgiz Məcidli]
Gəl uçaq Marsa
(Orada günbatımları mavi)
Gəl uçaq Marsa
(Yaşayarıq onu biz ani)
Gəl uçaq Marsa
(Orada günbatımları mavi)
Günbatımları mavi
[Nəqərat: Nərgiz Məcidli]
Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani

Gəl uçaq səninlə Marsa
Orada günbatımları mavi
Bizim nağılımız yalansa
Yaşayarıq onu biz ani