Epinrmnv
420
[RZZA]

İtirir bassları, bu səsimin astarı
Ölməyə hazırsansa gözləmə eş, bas dalın
Sonuma az qalıb və ritmim asta deyil
Ətrafımda hər kəs üzünə çəkib (bu) maskanı

Doymaz çox qarın, bu raplə oskarı alarsa
Pozmarıq özümüzü bizə dost qalır
Bu şəhər dəyişmiyib heç, hələ də rəngi boz qalıb
Sən hələ də başı boş post paylaş koş «toz»ları dağıt

Beat «барыга» eləbil (hə)! hər takt bir baş
Hər gecə zaman donur, (ey!) olur hər kəs tirtap (yeah)
Mərkəzdən (taa) yayılırığ hərlən bizi tap
Durma axmağ dil tap qaldır vaxta bir bax, denən

[Hook]

Dörd iki Sıfır! (ey) Dörd iki Sıfır! x4

[Epi]

Söhbət eləmə rap'i qaldırmaqdan, sənin dediyin o söhbət bizlik
Nə olsun əynimdə köynək pisdi, məni dinləyicim belə görmək istiyir
Göylərə aşiq biriyəm mən deyə deyə bilərəm sənə göylər bizlik
Balacalar böyüyə hörmət edər əgər böyüklər etməsə hörmətsizlik
Bizim uşağlar təmiz uşağlardı, götürəndə həmişə iri götürür
Yaşar oturur 111-inə amma gecələr Natiq «jeep»i götürür
Oğlanlar var şəhərdə zordu, əjdaha oyadıb divi götürür
Ala cavabsız zəngin hansına yığıram telefonumu bir dənə civi götürür

Biri yenə düşür dilinin zibilinə, bunu bilə-bilə o birinin dilin istiyir
Biri var diss atır, diss'i dissliyir, biri də ki var biri bəs deyil birin istiyir
Biz bizə biz deyirik, sizə nə olub? Siz bizi izliyib bizi pisliyin
Pislərin yanında pisləmə bizləri pis də gəlib səni bizə pisliyir

Birgün yuyarıq günahları, biz də sizin kimi günahkarıq
Rap'i küçələrdə yaşadın uşağlar, biz də sizə baxıb utanmarıq
Arxamızca çox danışanlar var, tutasan burasan qulağların
Soruşsalar şəhərdə «hustle» kimdi? Deyin 420'ın uşağları!

[FtB]

Mən yenə ağlını aldım axmaq
Şans səni hər seçimdə seçmir
Gerçəyi tapdım aldım ancaq
Yalanlar arzularla içmir

Bəlkədə axırın axırı saxta
Yerində hisslərimdə dincdi
İtirib vaxtı vaxtımı alma
Zamanın qoyduğu iz keçmir
Rapinə tələbi özünə qəzəbi özü də əsəbi tələb elə!
Düzünü de səni bir başqa məsəlim əsəb eləməyib hələ belə

Dövr eləyib yerində durmur
100 əyri bir doğrunu qurmur
O zəngi sənə «заранее» vurdum
Kim səhvdirsə «морально» vurdum üzünə

Və sanma ki, heç bu vaxtacan şansı gözlədim
Bu dövr vermədi imkan və bil ki, vaxtı gözləmir
İndi isə 4 yandan barmaqlar taxtı göstərir
Qolumda bir saat var həmişə eyni vaxtı göstərir

[Dadash]

Ona qulaq asanı edir dəli
Deyim nədir? İdeam beyin təbi
Başa düşmürsən ki, əlimdə (dedede) deyil
Dəlilik repimdədi

Gah yaxşıdı, ya da ki, pisdi deyimim
Başa düşməyən dinləyici bizlə neyləyir?
Yaza bilərsən istədiyin qədər amma
Yaza bilmərsən mənim istədiyimi

Mən keçmişi arxada qoymuşam gözlədiyimdən də qabaqdayam artıq
Gözləyənlər də arxada qalıb məni, özləsəm də sizi vaxtımı alır
Geri qayıtmaq? Birdə təzədən başla işlərə alınmaz prinsiplərim
Təbii edib məni prinsip dəli. Daxilən dəliyəm prinsip nədir?!
Ala bu o deyil!
Bunlarda su dolu beyin
Tək məqsədləri olmaq fame (xeyr)
Axı bu normal deyil (ey)

Həmişə bərk olaram
Sən məni boş ver və çək onları
AzTrap-in gözü məndədi indi, (indi)
Amma tək olanı

Sizə görmək çətin gəlir məni
Gətirmədim gəlir əlim təmiz bəli
Bura qədər sənə bəs etmədi?! (bəs etmədi?!)
Hələ də dəlirmədin yəni?

(ha ha ha) marağın varsa
Söndürərdin bunu ağlın alarsa
Bizi dinlədinsə dəli olmalısan
Bəlkə bundan sonra ağıllanarsan! (boom)