Epinrmnv
120
[Giriş]
2020-ci il, sentyabrın 27-i
“120” minaatan batareyasıyla
Füzulinin Aşağı Kürdmahmudlu kəndindən döyüşə girmişik
Bizlə axıra qədər döyüşüb geri dönməyən
Bütün uşaqların xatirəsinə
Bütün şəhidlərimizin xatirəsinə

[Bənd]
“120” ilə müharibəyə başladım
Düşünürdük ki, təlimdir, baş qatır
Mən əsgərin gözündə yaş tapıb
Anladım, əsgərlik, müharibə başqadır

Gülürdüm, yaşayanda anladım mən
Yaraları qaşıyanda anladım
Dərk eləmirdim harada olduğumu
Sonra şəhid daşıyanda anladım

Bir adam zəifdir, bir adam güclü
Bu abu-havaya da bir aya düşdük
Gəldiyimiz gün səhv yola girdik
Maşında uşaqlar minaya düşdü

Soyuqda, şaxtada necə dayanırdıq
Zülmət qaranlıqda gecə dayanırdıq
On nəfərə bir tikə əti bölürdük
Amma doydum - deyirdik, biz ona inanırdıq
Sanki o yağış da yağırdı mənə
Mülkidən gəlirəm, ağırdır mənə
Mərmidən üstümə tullanan zabit
Ana əmanəti kimi baxırdı mənə

Yaxınımda bombalar partlayırdı
Yanımızda çox uşaqlar ağlayırdı
Atırdıq, erməni ölürdü
Sevincdən hamı bir-birin qucaqlayırdı

Hamı ölümü belə yox sayırdı
Sanki tanrı sınağa çəkib yoxlayırdı
Torpağa getməyi gözləyən uşaqlar
Hər gün torpaqda yuxulayırdı

Qaçanlar yolların azdılar ki
Bilə-bilə qəbrini qazdılar ki

Soruşsan, tarixini bilməyən uşaqlar
Elə bir tarix yazdılar ki!

Xarıbülbül solmasaydı
Bu ağır günlər olmasaydı
Gözüm olanlara dolmasaydı
Mənim yanımda uşaqlar olmasaydı
Mən ölmüşdüm…
Sanki bunların hamısını
Öncədən yuxumda görmüşdüm
Çoxdan ölmüşdüm, mən ölmüşdüm

Mən ölmüşdüm…
Hamı dua eləyəndə ümidin işıqları sönmüşdü
Sanki bunların hamısını
Öncədən yuxumda görmüşdüm

Mən ölmüşdüm…
Mən ölmüşdüm…
Çoxdan ölmüşdüm, mən ölmüşdüm