[Bənd 1: BadClause]
Son bir neçə ildir, həyat ürəyimcə getmir nəsə
Uzaqlardadır kölgən və bilmirəm ki, kimləsən
Ruhun kimlə, xoşbəxtliyə çəkirsən hər kimi məsəl
Axı hər şey yoluna düşərdi, məni bir dəfə dinləsən
İstəmədən uzaq düşdük və bilmədən kimdə səhv
Sevgi gözümü kor edib, hələ də düşünürəm ki, mənləsən
Kimləsə yenidən doğulub, ölürsənmi kimləsə?!
Əslində mənlə olmasan da, iyirmibeşlərimdəsən
Nə tənhalıq, nə həsrət, nə qəlb ağrısı əl çəkmədi
Dərman axtaranda, dərdimi tapdım, yar, ən sərt qəmi
Ələxsus da sənlə yaşadım, intiharda hər səhnəni
Rəsminə aşiq qəlb pərişan, kim aldı məndən səni?
Leyl içində boğuldum, şəfəqdən iraq, yağış narın
İçimdə bir pis insan var ki, tanrı onu bağışlamır
... yorğundur baxışlarım
Sevdiyim mavi köynəyin kir içindədi naxışları
... insafımdan əsər yox daha
Qırılan qəlblər qələmə məhkumdur, qəmgin intibah
Neçə dövrə şahid oldum, vərəqlərimdə min günah
Amma izah edə bilmədi, bu sevgimi heç bir kitab
Özümə sədlər çəkdim, boğulub tənhalığımda
Özümə gələcəm bir gün çıxsan sən ağlımdan
Bir damcı göz yaşının 40 il xatirəsi qaldı məndə
O bir damcıya möhtacam sevgi səhralığında
Nədən bu qəddarlığın, axı sən məni yaxşı bilirdin
Səndən uzaqda bədbəxt, səninlə yaxşı kimiydim
Səsimi belə unutmusan, son dəfə zəng edəndə
Dedim: “Salam can necəsən?”, dedin: “Sağ ol, yaxşı. Kim idi?”
… məni xatırlamağı unutma
Neçə ayaq izini özlüyündə qərq edib bu torpaq
İllərin xəyalı olub da bircə gündə puç olmaq
Ya mənlə qal bir ömür boyu, ya da ki çıx get heç olma
[Nəqərat: Hasan Badalbayli]
Üzümdəki bu hüznü anlasan bir gün
Gəl nurunla qaraltma dünyamı
Bir mələk düşün, hər şeyi düzgün
İçdən ağlayır, ürəyi dayanmır
Qırmamaq üçün hər dəfə qəlbini
Otaq şüşələri paramparçadır
Səni qucaqladığı hər bir günün
Üzünə gülüb arxasıyca ağladı
Üzümdəki bu hüznü anlasan bir gün
Gəl nurunla qaraltma dünyamı
Bir mələk düşün, hər şeyi düzgün
İçdən ağlayır, ürəyi dayanmır
Qırmamaq üçün hər dəfə qəlbini
Otaq şüşələri paramparçadır
Səni qucaqladığı hər bir günün
Üzünə gülüb arxasıyca ağladı
[Bənd 2: BadClause]
… saflığını kirlə dəyişib
Dəyişib gülüşləri, saç düzümü, şəkilləri dəyişib
Hər gün eyni olan xasiyyəti də birdən dəyişib
Bəlkə, çox sevirdi məni təkcə fikirləri dəyişib
Hələ də vəfasızdır o, gündə bir süfrəni dəyişir
Mənlə olan eşqinisə hansısa zibillə dəyişib
Bir müddət tək qalır özüylə, öz tənhalığında
Və bir müddət sonra isə sevgililər dəyişir!
O, məni yaxşı bilir, dərdimə özümə kimlə nə işim?
Zahirini dəyişmək istəyəndə içdən dəyişib
Ruhun fahişəliyini gizlədəndə, hislər dəyişib
O vaxt mənlə birgə qeyd etdiyi günlər dəyişib
Yar siyah əba geyib mən aldığım köynəyi dəyişib
Hər şeyi yoluna qoymaq istəyəndə gör nəyi dəyişib?
Yırtıb kəlağayısını, vicdanının örpəyi dəyişib
Düz 3 ay soyuq danışdı, bir keçən 4 ayı dəyişib
Varlığı yaz axşamıydı, ömrə yağan qaran onu da dəyişib
Davranmırdı əvvəlkitək salam-sağol’u da dəyişib
Hər şey düzəlsə belə çox, heyif ki, bir mən dəyişib
Toparlaya bilmədim özümü, gördüm illər dəyişib
Mənlə olan şəkli səhifəsində hirslə dəyişib
Düşünüb taleyin dəyişdiyin, ya qismət dəyişib
Qəlbi öz yerindədi hələ, o zərif xisləti dəyişib
Bəlkə də, səhv məndə idi ki, mənə olan istəyi dəyişib
Gəl indi düzün denən, de etmişəm pis nəyi dəyişib?
Danışsaq həll olardı, nə susmuşuq biz nəyi dəyişib?
Sənə görə keçərdim hərşeyimdən, bu risk nəyi dəyişib?
Bizdən yazdığım vaxtlarda olmadı, bir zəif əl işim
Dəyişib yalanlarını, qurduğu hər cümləni dəyişib
Dəyişib “çox sağ ol”-ları və “təşəkkür”-ləri dəyişib
Saralmış yarpaqlara mən alan gülləri dəyişib
Xəyalındakı ailəni, gəlinliyi, üzükləri dəyişib!
Elə, bəlkə, buna görə soyuqdur hələ də sənsiz əllərim
Uzağı üzr istərdim, əgər olsa idi səhv mənim
Rəhm etmir ağrılar, düşüncəmdə qəm gicəllənir
Amandır, unudub hər şeyi, bircə dəfə “gəl” desən gəlim
Bir bilsən necə ağır gəlir, bu tənha uşaq üçün
Bədən didərgindir, yoxluğunda səndən uzaq ruh
Mənə nifrətlə baxıb son ayrılan gün dedin ki
“Nə pox y*yirsənsə ye, təki qurbanın olum məndən uzaq dur.”
O gün bu gündür ki, gülmür üzüm sənsiz alınmır
Yalan satıram özümə sevgi bir nəfərsiz alınmır
Hal-əhvalım yerində deyil, dərd və sər misalımdır
Hər dəfə daha da çökürəm, inan həyat kədərsiz alınmır
Keçir aylar-həftələr, günlər ötür zaman durur qəsdimə
Dönürəm eşqin əsrinə, çıx gəl, ayrılıq əbəs edən
Bu dərdi doldurub qəlbimə, göz yaşı dəyir hər simə
Özgələr oxuyur şərqilər, heyif, özgə qonaq rəsminə
[Nəqərat: Hasan Badalbayli]
Üzümdəki bu hüznü anlasan bir gün
Gəl nurunla qaraltma dünyamı
Bir mələk düşün, hər şeyi düzgün
İçdən ağlayır, ürəyi dayanmır
Qırmamaq üçün hər dəfə qəlbini
Otaq şüşələri paramparçadır
Səni qucaqladığı hər bir günü
Üzünə gülüb arxasıyca ağladı
Üzümdəki bu hüznü anlasan bir gün
Gəl nurunla qaraltma dünyamı
Bir mələk düşün, hər şeyi düzgün
İçdən ağlayır, ürəyi dayanmır
Qırmamaq üçün hər dəfə qəlbini
Otaq şüşələri paramparçadır
Səni qucaqladığı hər bir günü
Üzünə gülüb arxasıyca ağladı