[Bənd 1]
Yerindә olsam әgәr, inan, Mirini çox sevәrdim
Vә sonra şeir elәsin deyә sәn kimi tәrk edәrdim
Ürәyin çox üzülәrdi, mәnsә ümidlә bәrkidәrdim
Әgәr ki, o xoş getsәydi, xoş gәlәrdi bәlkә dәrdi
Sənsiz qocalmış cavan, mən əsiri əsrlərin
Yazım səndən əsinlənib, vəfat edə fəsillərim
Eşq günahı müqəssirlərin, saxlamışam nə sirləri
Nəzm edib də nəsirləri, yazan əllərim əsir mənim
Hisslәrim yerlә-yeksan olub, kimsә kömәyә gәlmәdi
Tәlәsәn addımların arasında sıxışıb qalıb hәyatım
Heç kimdәn heç nə gözlәmirәm, özümә gәlmәdim
İçimdә parçalanır dünya, gözlә tәr axır
Tuta bilmәz zamanı mәsafәlәr qurbanı insan
Hava sәni xatırladır - sәrilib yollara vicdan
Ağlama demişdim axı, yağmasın yanaqlara leysan
Nә olursa olsun, boyun bağımı tullama heç vaxt
Yolunda sürünәrkәn durdum, gözlәdim qüruru
Gәrәk ki, ölәydi xatirә, sәninlә yaşamayaydı can
Deyәsәn mәndәn soyudun, sonra gözlәrin qurudu
Bir az da sәbrli ol, bir ay sonra Bakıya qayıdıram
[Nəqərat]
Yerini verәn olmadı doğma mahnılarda sәnin
Başqaları yaraşdırır yanıma sәni
Yenә yanıma gәlib
Sevgin gözәldir, olmaya canıma qәnim
Yerini verәn olmadı doğma mahnılarda sәnin
Başqaları yaraşdırır yanıma sәni
Yenә yanıma gәlib
Sevgin gözәldir, olmaya canıma qәnim
[Bənd 2]
Nә qәdәr baxdım üzünә, gözünü qaçırdın gözümdәn
Nә qәdәr düzün danışsam da, çıxırdın sözümdәn
Nә qәdәr çarәsiz oldum, yolu axtardım özümdә
Çoxusu da sanır ki, dәrdi yoxdur, tәk yazır dözümdәn
Düşәndә gözdәn üzrlәr, qırıldıq istәmsizcә
Kürәyimdә yara çoxdur, qucaqla, izlәri gizlә
"Bizi tәk bizdәn başqa ayıra bilmәz heçkimsә"
Dedik, sonra kül olub öldü, toza qarışdı әn dәrin hisslәr
Böyükdür ətrafın, çata bilmədim yollarımız dar
Sol yanı boş görәndә yazar әllәr, qollar sızlar
O kәsi mәn öldürәrәm toxunan olsa bircә telinә
Sənsә mәni comment-lərdə tanımadığım qızlara qısqan
Mәndәn gizlәnirdin, amma gözümә dәyirdi eybin
Daha mәni itirirdin könül verib yad könülә
Bir sәn yoxsan deyә, yaşamaq çox çәtin şeydir
Mәzar bir gün qazılar, amma insan hәr gün ölәr
[Nəqərat]
Yerini verәn olmadı doğma mahnılarda sәnin
Başqaları yaraşdırır yanıma sәni
Yenә yanıma gәlib
Sevgin gözәldir, olmaya canıma qәnim
Yerini verәn olmadı doğma mahnılarda sәnin
Başqaları yaraşdırır yanıma sәni
Yenә yanıma gәlib
Sevgin gözәldir, olmaya canıma qәnim