[Bənd 1]
Salam, Bakı, nətərsən nə var, nə yox?
Vəziyyət zad necədir? Yaşayırsan da birtəhər
Palçıqlı magistralların, uzanır gözümdə yol
Heyif tanınmır alimin, daha “blat”lı fahişələr
Düzüm adına qafiyələr, şair səni vəsf eləsin
Çirkab, zir-zibildir Xəzər yanda qum dənəsi
Sektordan incilər - Qırmızı “Winston”a meyli
Balaca qızlarına denən ki, bir də belə qələt eləməsin
Dahi olan bəndə, niyə qoyur axı minnət mənə?
Bir dəfə düşsən gözümdən ölsən belə əfv etmərəm
Özün ol öz yazınla, qəti özənmə özgələrinə
Sən ha pislə özlüyündə, şair deyir afət mənə
Al xeyri rədd elə, eyiblərin gözümə girir
Məşhurluğa gedən yola da əyri qoyub düzünə girir
Nə olub bü günə kimi fələk sayıb, düz sayıbdır
Ayaq açma - dediyin qıza, şair olma, ayıbdır
[Nəqərat]
Yaşamadı 90-lar, şərindən də güdər xeyir
Qalmadı səmimiyəti, şəhər üzümə yalan deyir
Çox babat günlər idi, köhnə kəndə edək seyr
Biz həmin uşaq deyilik, Bakı da kı, köhnə Bakı deyil
Yaşamadı 90-lar, şərindən də güdər xeyir
Qalmadı səmimiyəti, şəhər üzümə yalan deyir
Çox babat günlər idi, köhnə kəndə edək seyr
Biz həmin uşaq deyilik, Bakı da kı, köhnə Bakı deyil
[Bənd 2]
Bir də salam, səhər günəş, gecələr ayın çıxır
Çörək kəsdiyim oğlan da, niyə axırda xain çıxır?
Ay şair, oğurluq eləmə, savada ləkə vurma
Dinləyicin görməsə belə Türkiyədən tayın çıxır
Bakı, bizimlə səmimi ol, gözəlliyini istəmərəm
Əvvəllər təmizi idin, sonra çıxartdın zayını
Nəyə görə sevgilimizlə gəzdiyimiz küçələr
Gecələr iynə dərman iyindən keçilməz sayılır?
Məni sözümə görə sevin, səhvim varsa üzə deyin
Özüm özümə dahi demədim, yaradan şair yaradıb
Ayağ altını qazan boldur, zır-palçıq dizə dəyir
Yaxınım da ki, çoxdur düzdür, təməli Xırdalanda Babadır
Mənim həyatım, hə, mənim, kimsə qarışmasın
Rəfiqən də sənin tayın, de ki, boş yerə yarışmasın
Bakı, səndən zəhləm gedir, amma bir xahişim var
Həddi büluğa çatmayan qızlar intimdən danışmasın