[Bənd 1]
Təki sən bircə cümlə qur mənimçün, ağız açıb bir söz demərəm
Bu həyat öyrədir ki, qərar vermə düşünmədən
Ya Rəbb, sən şahid, elə dəyərli adam var ki
Ölüm ayağına düşsəm belə, canını versə götürmərəm
Sətirlərin varlığında gizlənən səncə nədir?
Şirin yuxuma qonaq olarsan oyaq qaldığın gecəni
Sənsizlik döyüş kimidir, yoxdur qələbə heç-heçədir
Eşitdiyin bu sözləri də sənə yazdım, gör necədir?
Çətini sevincədir, sonra dolar eşqə badələr
İkinci şah əsərim “Lalələr”də var bəhanələr
Məhəbbət atlı gedir, biz qırağda tək piyadələr
Hər ayın eyni gününü, biz kimilər birgə yad edər
Fikri gedər, bir-birimizə xəstəyiysə
Mən sənə "sevirəm" deyəcəm, payız küləyə "əs" deyirsə
Cənnəti istəmərəm ruhum əgər pak deyilsə
Bizim sevgi itən deyil - Mən şair, sən şeirsən!
İndi təsəvvür elə, mənim soyadımdasan
Mürəkkəbin islatdığı kağızlarım yanmır asan
Sən elə bir xəstəliksən sağalsam da qanımdasan
Səndən yazmaq gözəldir, elə bilirəm yanımdasan
[Nəqərat]
Sən və mən ayrı təqvim - əks olunur hicri, qəmərdən
Elə bil yoğrulubdur bu sevginin xəmri zəhərdən
Qoymaram çay soyusun çalış ki, sən gəl bizə hərdən
Bakı özü bizi tanımır yad insanıq eyni şəhərdə
Sən və mən ayrı təqvim - əks olunur hicri, qəmərdən
Elə bil yoğrulubdur bu sevginin xəmri zəhərdən
Qoymaram çay soyusun çalış ki, sən gəl bizə hərdən
Bakı özü bizi tanımır yad insanıq eyni şəhərdə
[Bənd 2]
Payız mənə düşmən, vərəqimə yağır yağış
Bizim fəslimiz də eyni gəlir, eyni bu qış
Ya da mənə vurulmağınçün yenidən olaq tanış
Tütün kimi ətrin olsun gecə yorğanıma qarış
Sənə mən sevgi bəxş edib yerinə də dərd alardım
Yadındadırmı? O vaxt səni evinə qədər yola salardım
Ən böyük savabların şər damında biz qalardıq
Biz ikimiz ayrı bədən, amma ruhu bir sanardıq
Yoxluğun atəşində kül etmişdi məni hicran
Kölgədə bir gül kimidir və getdikcə solur insan
Xəttini tutmaq olmur, eşq elə bir kitabədir ki
Onu yazırsan istəmədən, amma qəsdən oxuyursan
Yorulursan... İrəlidə çox şey var əslində
Xəbər elə küləklərə də yollarımıza əssinlər
Nədənsə baxışlarım qəribə çıxır rəsmimdə
Mahnılarımı yazdığım qız evlənərmi mənlə?
Gəlməyənlər əlindən, gəlməz əmələ nəzəriyyəylə
Səni məndən soruşsalar bir sözlə mən "əcəl" deyirəm
Bu dəfə qışqır üstümə, denən ki, "gedən deyiləm"
Sakitləş, söndür musiqimi və yat - gecən xeyrə