BadClause Music
İsti Cappuccino
[Bənd 1]
Bu yolda çəkməli idi, əziyyəti ikimizdən biri
Kobud münasibətimiz ayırdı bizdən-bizi
Xoşbəxtlik üstümə gəldi, hisslərim “gizlən” dedi
Səni tanıyandan bəri, hər bir gecə dörd fəsildir
Heç vaxt istəklərimiz düşməyib üst-üstə
Bu sevgi necə yerisin durammırsa ayaq üstə?
Dizlərimi çökdürdün, yıxıldım üzü üstə
Hər gecə xətrimə dəy, səhərlər də üzr istə
Bəlkə də, soyuq olsa isinərdik bir otaqda
Gün gələr hər səhəri də, aça bilərik bir yataqda
Sənli musiqilər varsa, payız qalır bir qıraqda
Getsəm belə geri dönəcəm, hər ayın 19-da
İstərəm, bu cümlələri oxuyaq bir qulaqcıqda
Səsin düşsün səsimin üstə, tüstü çəkək bir dodaqda
Mən danışım arzularımı, sən danışma, sus, qucaqla
İkimiz üçün ayrı dünya var, amma bir addım uzaqda
[Nəqərat]
Sən uzaq ol, mən məktublar göndərəcəm
Səni düşündüm durmadan səhərəcən
Rahat yat, gecələr yuxularına gələcəm
Sən isti kapuçino, mən mənfi dərəcə
Sən uzaq ol, mən məktublar göndərəcəm
Səni düşündüm durmadan səhərəcən
Rahat yat, gecələr yuxularına gələcəm
Sən isti kapuçino, mən mənfi dərəcə
[Bənd 2]
Gedəndə bağırmışdım arxanca, sən eşitmədin
Sənin üçün topladım bu cümlələri, sən eşit məni
Dedin ki, darıxma mənim üçün - bəs işim nədir?
Bədənim 18 illikdir, ruhumsa beşikdədir
Düşünmədim necə olardı - sən dənizdə, mən adada
Tapmadım, sənin kimi birisini bu yarımadada
Sənli xatirələri bircə-bircə atıram oda
Boş qalıbdır mesaj qutusu, məni də yadına sal arada
Dünən gecəyə qonağım idin, süfrə açdım ikimiz üçün
Götürüm bir badə, ikimizə bir şərab süzüm
Ümidə gedən hər körpü də əziyyəti belə seçdim özüm
O qədər bağlandım ki, tərk eləməyə gəlmir üzüm
Dilimdə qaldı sözüm, sətirə dolardı gec
Sevgi yoxsa dözüm? Məncə birincisini seç
Boşuna xəyal qurdum, sevgili bir qırağa
Səninlə mən bir cümlənin içində belə olmadıq heç
[Nəqərat]
Sən uzaq ol, mən məktublar göndərəcəm
Səni düşündüm durmadan səhərəcən
Rahat yat, gecələr yuxularına gələcəm
Sən isti kapuçino, mən mənfi dərəcə
Sən uzaq ol, mən məktublar göndərəcəm
Səni düşündüm durmadan səhərəcən
Rahat yat, gecələr yuxularına gələcəm
Sən isti kapuçino, mən mənfi dərəcə