BadClause Music
Mən Piyanam
[Bənd 1]
Axmaq yazılar bax sənə çəkir meylin
Mənə görə səninçün ölmək və yaşamaq eyni şeydir
Məcnun o qədər içir, artıq vecinə deyil Leyli
Həyatımı sənə vəsf elədim, sən denən indi neynim?

Dağılır başım beynim, olurdu sənə ehtiyacım
Hardadır ilham pəriləri? Vərəqimə gəlin, işıq saçın
Özümə yoldaş axtarırdım, səninlə dolan ürək açım
Yanındakı oğlanın da məni görəndə gözü qaçır

Könlün açıq, qonaq axtardığını tapan
Gəl mənə, yum gözlərini, mən - dodağınçün darıxan
Sən həmişə yox olanda izlərin artır daha
Özünü məndə itirmisən, başqası səni çətin tapar

Al apar zir-zibilini, əgər məndə gözün qalsa
Nə vaxtsa yalnız olsam, sənə gələcəm üzüm qalsa
Gedərəm özümdən mən gözündən bir damcı axsa
Öldürərəm həmin alçağı sənə pis gözlə baxsa

Görəsən, çəkdiklərimi çəksən nə olar? Denən!
Bir yerə gəlsək belə ayıracaqlar onlar yenə
Süzülən göz yaşım da yanaqlarda dolmaz selə
Hərşeyi öz yoluna qoy, ətağa deyirəm olmaz belə

Mən özüm tək gedəcəm, yoxsa gələssən mənimlə?
Mənimçün həyat qaldı köhnə, sənli günlərimdə
Yoxdursa səmimiyyət, qucaq dolusu göndərim mən
Əlimə möhür əllərin də indi özgə əllərində

[Nəqərat]
Dinlə can dostum, mənə yarıda qoydu yarım
Bu gün nəsə inciyib, küsüb danışmır piano
Vərəqə dolur adın məndən aslı olmayaraq
Ya dünya tərsə dönür, ha, ya da ki, mən piyanam
Rumka dayanmır əlimdə düşür qeyri-ixtiyarı
Dumanlı gözlərini də sevirəm deyə bəxtiyaram
Bayırda yağış yağsa mən altında tək dayanam
Ya otaqda günəş çıxır, ha, ya da ki mən piyanam

[Bənd 2]
Gülüşüm solubdur, amma ürəyim rəngsazdır
Nə qədər yazmaq olar sən qadına, bu da azdır
Sənə görə göz yaşımla dolurdu hər gecə yastıq
Bakıda heç bir şair belə içdən yazmır

Səninlə qışım yazdır, sevgi ağlasığmazdır
Arxanca qaçmasaydım inan, bu qədər yorulmazdım
İkinci hissədə əsəbim gərək ki, soyumazdı
Hər ayın eyni günü, musiqilərim ağlamazdı

Əvəzolunmazdır deyirdin ki, dağılan deyil
Qıraqdan baxıram indi olanlara və sən öl heyif
Nə vaxtsa mənim adımı rəfiqəsindən eşidəndə
Desə ki, tanımıram, inanmayın, yalan deyir

Sevgi seyr, dırnağından başına qədər
Səndən yazdıqca yavaş-yavaş vərəqə bulana kədər
Bakının qırx iki qızını keçirdim əldən, amma
Sən kimisini tapmamışdım 18 yaşıma qədər
Ayaq saxla danışaq hələ, görən olubdur başqa nələr
Sən əgər xəstələnsən hər dəqiqədə baş çəkərəm
Hər gecə bir baş çəkirəm... istəyirəm kaş
Başıma gələn hər şey gün gələr sənin başına gələr

Qara-qara gedir gözüm, badə-badə şərab süzüm
Aşiqanə sətir düzüm, edir idarə səhvim düzümü
Çəkil, darə çəkirəm özümü, bu gecə, ya Rəbb, al bu gücümü
Bir diyarə döndür üzümü, saxla yadə bu son sözümdür

Sevgi bitir başlamadığı yerdə o an
Nöqtələrdə batıram, amma səninçün hələ fərq eləmir
Qırmaq istəyirdin sən məni bilirəm çoxdan
Adım var mənim, sanım var, şairəm axı sərf eləmir

[Nəqərat]
Dinlə can dostum, mənə yarıda qoydu yarım
Bu gün nəsə inciyib, küsüb danışmır piano
Vərəqə dolur adın məndən aslı olmayaraq
Ya dünya tərsə dönür, ha, ya da ki, mən piyanam

Rumka dayanmır əlimdə düşür qeyri-ixtiyarı
Dumanlı gözlərini də sevirəm deyə bəxtiyaram
Bayırda yağış yağsa mən altında tək dayanam
Ya otaqda günəş çıxır, ha, ya da ki, mən piyanam