[Bənd 1]
Həqiqət az tapılır, amma olanda olur yalan tək ürəkli
Bu şəhər bizi ayırdı, amma günah özümdəydi
Deyirsən ki, yaxşı ol, halımı dünən gecə görəydin
Axmaq olmağımçün tək bəhanə də səni sevməkdir
Bu yolda itirərdik əziyyəti belə qram-qram
Sən getsən belə 19-u unutmaram
Qolların mənim evimdir, başqa ailə qurammaram
Mənim olsan sevincimdən sən öl bir həftə yatmaram
Mən yazıram, sən də qarala dayanmadan
Gecələr üstünü örtüb gedəcəm oyanmadan
Yarı yolda qoyan deyiləm eləsən belə oyan-buyan
Qolunda varsa başqası mənə demə ki, yanındayam
Uzaq dayan yaxına gəlmə, mən xəstəliyəm
Şair öldü dünən sənə musiqi bəstələyən
Sənsizlik davam eləyir, üçüncü çərşənbədəyəm
Son mesajın ağrı verdi - “incimə can, getməliyəm”
[Nəqərat]
Yazdım səndən, yazacam daha nələr
İçəndə gözümdə daşır piyalələr
Bizi bizdən aldı bəhanələr
Dönür Lalələr, ölür Lalələr
Yazdım səndən, yazacam daha nələr
İçəndə gözümdə daşır piyalələr
Bizi bizdən aldı bəhanələr
Dönür Lalələr, ölür Lalələr
[Bənd 2]
Qəlb öləndə bir dəfə ayağa dura bilmir
Sətirlər danışsa da, hisslərini dindirmir
Şairin dərdi varsa, gecələr yatabilmir
Səninçün dolan gözlərim, artıq sənə baxa bilmir
Sənə yazılan mahnılarda yaşayır indi özgələri
Biz ayrı dünyalarıq, yaraşdırma özünə məni
Dərin bir yuxuya ehtiyac var, özümə gəlim
Sən dünyaya məhkum mələk, abidəsi gözəllərin
Əgər güvən varsa, hər şeyə söz verərəm
Dodağın sussa belə, ürək baxar göz deyənə
Təki sən bir addım at, mən bir il gözləyərəm
Bu münasibət getməsə, sadəcə döz deyərəm
Gölməçə bizi batırır, sevgi kağız qayıqlarda
Geri dönsən yenə səni yazacam, amma ayıq halda
Öldürdüyün bədənim doğulur özgə yataqlarda
Bu sevgi xəyali gerçəkdir, yoxdu kitablarda
[Nəqərat]
Yazdım səndən, yazacam daha nələr
İçəndə gözümdə daşır piyalələr
Bizi bizdən aldı bəhanələr
Dönür Lalələr, ölür Lalələr
Yazdım səndən, yazacam daha nələr
İçəndə gözümdə daşır piyalələr
Bizi bizdən aldı bəhanələr
Dönür Lalələr, ölür Lalələr