BadClause Music
Şərhsiz (Explicit)
[Bənd]
Gözümdə işıq gedirdi bir yana gedirdi, bir yana divar
Dedim ki, "başım uçur gedir" elə bildi ki, qanadı var
Nə qədər boş vərəq varsa, deməli bir o qədər də qələm var
Mən reper olmaq istədim, "şair" deyib tanıdılar

Hörmətim özümə görədir, demədilər ki, çağır dayını
Yaşayış yeri: Xırdalan, məktəbim də filan saylı
Keçmiş olan yaxınlar, xəyallarda yanımdaydı
Yuxudan oyanmaq ayrı şey, ayılmaq tamam ayrı

Mən bir dəfə qələm qoysam, dinləyiciyə dastan gəlir
Birinci şərt əziyət, sonrasında ad-san gəlir
Mənçün elə bir babat alliance olmayıbdır HOST-dan bəri
Düşmənim qalıb qırağda, cındırlıq dostdan gəlir

Vaxt varı idı şair idim, elə indi də şairəm
Yazdığım tək mövzu lirika və də ki, lirika sairə...
Biz tərəfdə sevgi gəmisi yanaşmazdı sahilə
Yenə köhnə sevgililərim hələ də elə bilir ki, xainəm

Abırsızam zahirən, içdə fərqli biri deyiləm
Düşmənim ölməyimi istəyər axı məni diri neylər?
... Sən də susma, arada bir də dinib eylə
Mən indi BadClause-am, sən öl köhnə Miri deyləm

Həyatım adlanan roman, toz basıb indi rəfdə
Bil, əvvəla gözüm dolar, sonra dolardı dəftər
Boş vaxtım olmurdu ki, görüşə bilək hər həftə, bax
Haqqsız olan tərəf sənsən, ona görə səhv tərəf mən

Yazıram bir tərəfdən, cırıb atırdım ard-arda
Hopubdur deyə iy buraxır tütün köhnə paltardan
Bu adam düzünü yazsa, səhvdir deyərək unudarlar
Danışmayım deyə dodağımı dilimə bağla qandalla

Elə bil, elə bir hambal var, hər pis işi də yoluna gətirə
Yaxınlarım yağışa dönsə, zibili də bulana çətirə
Çalış öncə asanı bacar, prinsipinə getmə çətinə
Dərd nə qədər böyük olsa, yerləşdirim onu bir sətirə
Doğma olan kəs doğmadır, doğmadır hər hərfə bil
Dostum, mənə ağrı vermə, çalış pay elə məlhəmi
Mənlə birgə kitab açma, sildim ən yaxınımı çünki
Səhvimi əzbərləyəndə tez çevirdi səhifəni

Döyünür içdə, tərpənir, deməli, yaşıyır kiminçünsə
Mən əslində darıxdırıcı, maraqlı kiminçünsə
Özlüyündə düşün bir az, nə üçün, ya da kiminçünsən?
Bu mahnı ya həyatdır, ya da mp3-dür kiminçünsə

Hər şeyin bir əvəzi var, çalış xeyri şərə qatma
Su axar, axarı tapar, yeritmə onu saman altdan
Nömrə 1 olmaqçün sən elə hərəkəti tələbatla
Qanun budur - "Sözün düzünü soxurlar elə zarafatla!"

İstedad batır altda, ümid çırağı hələ sönmür
Bu dəfə mən piyanam, dünya tərsinə dönmür
Fatihəyə də gərək yoxdur, baş daşıma da yazarsınız ki
Bu qəbir həmişə boşdur, dahilər heç vaxt ölmür

Yaxşılıqlar əzbərimdə, saxlamışam eybi həm də
Haqqın əgər tapdaq altda, sən də ver işgəncə
Burda elə vəziyyət var, gözdən düşə xeyli bəndə
Cındırlığa cındırlıq - “padlo” deyil məncə

Arada xeyir itəndə olar, o kəsi pislə sən
Böyüklərin sənə günəşdir, kiçiyin üstə kölgəsən
Paxıllıqdan adına yalan yaxanları da dərd eləmə
Çünki, həmin alçaqlardan bir addım öndəsən
Dost, mən ayrı bölgəyəm, heç biriniz girişməyin
Dinləyicin yaltaqdırsa, fəxr eləmək bir iş deyil
Fame-ə can atan əqidələr dəyişsə belə
Qardaşlığı qırağa atıb sənət uğruna didişməyin

Dedilər, yaz, şair, yazdım ona görə dastan
Sən indi yanımdasan, bəs hara kimi qalacaqsan?
Mən piyanam, dost, qınama, həyatına bir qız girəcək
Qardaş süfrəsində sağlığına “rumka” vuracaqsan

Sonuna az qalıbdır dinlə, səbr elə bir az da
Dəyər verənlə maraqlan, boş gedər ipi buraxsan
Rəqabətdə - bəxtimlə mən, amma arada bir şərt var
Hər nə olsa da olsun, o vursa sən susacaqsan

Bir-iki adam var ki, üzünə söyərəm, çıxsa rasta
Başa salanda kiçiklərini sən ərk eylə, vur asta
Bu bölgədə biz biriksə təməldir Mc. Bus-dan
"Xaraba" da bir yumruq idi, qalmadı köhnə “sostav”

“Kruqovoy” gedək “ostav”, bir tüstülük həmdəm ol
Həycanlandım düzdür, alboma çəkəndə qol
Bu gün heç nəyə gec olmasın deyə çalış ki, tələs dünən
Səndən özgə qalan yoxdur, bağlıdır mənə tərəf yol

Yalanla alçaltma özünü, ol doğrunu tələb güdən
Gözümə bax və inan mənə, gərək varmı tərəddüdə?
Atam mənlə fəxr eləyir, xəttdədir Əhmədov!
5 iyul 1997 təvəllüdəm...