[Bənd 1]
Əzizim dodaq büzür, o gecəmdir, ya gündüzüm
Qara-qara gedir gözüm, badə-badə şərab süzüm
O həmişə istəyirdi, aşiqənə sətir düzüm
İnsan bir sevgini almaqçün, inan satar yüzün
O ancaq elə bilirdi həmişə xətir sözdə düzəlir
Qəlbi təmiz, buna görə tək üzdədir səhvi
Bu aşiq hər bəndində inan ki, gözlədi səni
Və özgə yar damında mənim şeir gözlü gözəlim
Eşqin suyu ürəyə düşsə, əyər məni
Vicdanın sızıldayar, sevirdinsə əgər məni
Mən sənə şeir yazdım, qulaq asdın bəyənmədin
Dodağa dəyən dodağımdırsa, bəs xətrinə dəyən nədir?
Qiyamətdən öncə dünya, dərd insandır
Yəqin ki, ən sonuncu ümid itəndə səndin sandıq
Hisslərin ehtirasını, tap bəhanə söndür, yandır
Sən isə tək bəlam olmuşdun, amma eşqim sandım
Bu dəfə qismət olmadı, mənim deyil yar alması
Yox əşi, hər şey yaxşıdır, qanın da qaralmasın
Başqası qonaq olsa əgər, istəsən əzizlə
Amma qoyma məndən özgəsi saçlarını sığallasın
[Nəqərat]
Şair yazır və qocalır ildən-ilə
Bağlana gözü gözlərimə
Yollar ayırır, aparır bizi bizdən, daha dön mənə
Gəl
Gəl yenə, gəzərik əl-ələ
Gəlməsə qəlb üzülər elə, susar nəğmələr
Sərxoş yazdım, naxoş dinləmələr...
[Bənd 2]
Dedin ki, gəl görüşək, çıxdım evdən tez-tələsik
Ciddi səbəb yoxdur görüşə, bəhanə idi hər dəfəsi
Düzdü çox incitdin, yaşamamışdım hələ beləsin
Mənə qarşı elə bir hərəkət elə ki, mənə də ləzzət eləsin
Nəfəsim gedib-gəlir, ciyərlərim magistral
Mənsə elə bir okeanam ki, adalarımla dəniz viran
Sevgi hamıya eyni tələni, amma müxtəlif qurar
Gərək ki, kobud olasan, günahkardır həris vuran
Heç nə gizli deyil, kimsə nəyisə bilsə, deyir
Tütün baxışlı qız var idi, gözlərini izlədiyim
Bilmədiyin bir şeyi bil gizlədiyim
Əslində qolumdakı qız yox, səni idin istədiyim
Dedin ki, həyatında əvəz olunmayan biri var
Hər zaman var olsun, inan ki, fərq eləməz
O sənə gözəl söz yazır, yenə xoş olur əhval
Səni elə bir şeir edərəm 1001 kitab əvəz eləməz
Huşumla oynayırdın, qalmadı ağıl başda
Problemin olsa əgər, həll edərəm canla başla
Rəngarəng rəsmlərdə üzünü güldürə bilməsəm də
Süzürəm bütün hissləri vərəqə sadə karandaşla
[Nəqərat]
Şair yazır və qocalır ildən-ilə
Bağlana gözü gözlərimə
Yollar ayırır, aparır bizi bizdən, daha dön mənə
Gəl
Gəl yenə, gəzərik əl-ələ
Gəlməsə qəlb üzülər elə, susar nəğmələr
Sərxoş yazdım, naxoş dinləmələr...
[Bənd 3]
Bahalı restoranlar olmayıbdır xəyalımdakı
Onsuz dəyər yoxdur, sən də qonaq həyatıma gir
Gec də olsa çatar sevən nazlı nigarına, bil
Mövzu bizə gələndə bir az şıltaq, həyasız Bakı
Yaz, şair, sətirə tilsim hördüyüm
Uzaqlarda ümid işığıdır - sənin üzündür gördüyüm
Sən ən gözəl xəyalım, ürəkdə bir adın var
Saçlarından üzünə düşən kölgəsindən öpdüyüm
... Zəhlə gedir, xoş gəlir
Bu şeirə sevgi qonaq, bizim evə əliboş gəlir
Deyirlər ki, sevmirsən, təkcə bədən xoş gəlir
Çünki heç bir qadın görməyib gecə sərşox məni
Adəm indi qalar qırağa, həmin almanı Həvva dərə
Qələm aşiq, tənha vərəq, yaraşmazdı əmma sənə
Bəzənər yenə qarla dərə, yay günündə yanvar gələ
Otağımda da payızdır hələ, ilk baharımı qaytar mənə
... Yanındayam, hər dərdini öyrənmiş
Yazılan hər sətrim kəlam olacaq söylənmiş
Mənə həsr elədiyini düşündüyüm həyatında
Sən demə başqası varmış, mən tək deyiləmmiş
Havayla ətrini içirəm “sərxoş” deyirlər elə
Olduğun yerdə qal və ruhumu qatil eləmə
Ovuclarımda günahlar qarışır bir əmələ
Bu mahnı xoş olsa belə, sənə naxoş dinləmələr...