MadTeen
Yaşamaq Olmur
[Bənd 1] [MadTeen]
Sonunu bilə-bilə yenə də sevdim
Tələsdim, bilməyərək səni itirdim
Bu sevgi qəribədir, sənlə sınandım
Yalanlarını həqiqətə çevirdim

[Nəqərat] [MadTeen]
Yandım, kül oldum
Kədərə, boğuldum
Nifrət sarıldı
Dəliyə döndüm
Vecsiz oldum

Yandım, kül oldum
Kədərə, boğuldum
Nifrət sarıldı
Dəliyə döndüm
Vecsiz oldum

[Keçid] [MadTeen]
Yaşamaq olmur...
Nəfəsin olmadan
Dodağını dadmadan, ətrini almadan
Yaşamaq olmur...
Yaşamaq olmur
Nəfəsin olmadan
Dodağını dadmadan, ətrini almadan
Yaşamaq olmur...
[Rəssam]
Hərşey bitə bilərdi gözlərin baxsaydı başqa
Ruhum donardı bəlkə
Hisslərim olmasaydı başqa
O, ətrin gəlməsəydi saçdan
Külək gətirməsəydi yavaşdan
Mənim ağlımı ala bilməzdin heç vaxt
Hətta savaşdan sonra

Hər şey içimdə bitə bilərdi
Gözlərin baxsa başqasına
Ruhum tərk edərdi ruhunu
Hisslərin olsaydı başqasına
O ətrini ala bilməsəydim
Yağışdan sonra, küləkdən sonra
Səni tapa bilməzdim mən
Bu qədər savaşdan, qürurdan sonra

Gəl düzünü de, yaşamaq olmur
Nəfəsin olmadan
Yaşamaq olmur, dodağını dadmadan
Ətrini almadan
Yaşamaq olmur, yanmadan
Yıxılmadan
Əzilmədən, itirmədən
Qanmadan, qandırmadan
Sən ümidim ol, yaşamaq olmur
Nəfəsin olmadan
Yaşamaq olmur, dodağını dadmadan
Ətrini almadan
Yaşamaq olmur, yanmadan
Yıxılmadan
Əzilmədən, itirmədən
Qanmadan, qandırmadan

[Nəqərat] [MadTeen]
Yandım, kül oldum
Kədərə, boğuldum
Nifrət sarıldı
Dəliyə döndüm
Vecsiz oldum

Yandım, kül oldum
Kədərə, boğuldum
Nifrət sarıldı
Dəliyə döndüm
Vecsiz oldum