MadTeen
Köz
[MadTeen]
Gör nələr oldu, bağrım sanki köz
Külə döndü qəlb, qalmadı bir söz
Sənli arzular oldu xatirə
Sənsiz bir günüm döndü illərə

Unudub keçmişi yaşamaq olmur
Səbir kasam da aşıb mənim və dolmur
Bir neçə il artıq keçib bu mövzu solmur
Əvvəlki kimi bir daha yaşamaq olmur

[Rəssam]
Hələ betər olacaq, bro
Yastığında qəhər boğacaq gecə
Dəli kimi həsrət sıxacaq, bro
Bu film necəsə sona çatacaq, bro
Şəkillərin dəfni olacaq, bir gün bütün həyatın gözündə tozu olacaq, bro
Nəfəslərin azad olacaq, bir gün səndə bu zibil hisslərdən xilas olacan, bro
Bu mahnılar qucaq olacaq, kimə həyat verəcək, kiminin dərsi olacaq, bro
Nə bir dəfə dəstək olanlar sənin uğurlarının dizində zəlil olacaq, bro
Bu gecələr uzun olacaq alkoqol damarda sənə yoldaş olacaq
Və bir səhər başqa olacaq səni yarı qoyub gedənlərin peşman olacaq, bro

Keçir zaman, ötür illər
Hər fəsildə bir işarən var
Qəlbim susar, səni gizlər
Buna səbəb yaşananlar var
Unudub keçmişi yaşamaq olmur
Səbir kasam aşıb mənim və dolmur
Bir neçə il artıq keçib, bu mövzu solmur
Əvvəlki kimi bir daha yaşamaq olmur
[MadTeen]
Mənə nə oldu? Bağrım sanki köz
Külə döndü qəlb, qalmadı bir söz
Sənli arzular oldu xatirə
Sənsiz bir günüm döndü illərə