[Giriş: MadTeen]
Səni gördüm uzaqdan uzağa
Halım birdən dəyişdi
Nə danışdım bilmədim
Dedilər, sən də məni görmüsən
Məndən daha betərsən
Elə tək bura gəlmisən
[Nəqərat: MadTeen]
Səni gördüm uzaqdan uzağa
Halım birdən dəyişdi
Nə danışdım bilmədim
Dedilər, sən də məni görmüsən
Məndən daha betərsən
Elə tək bura gəlmisən
Səni gördüm uzaqdan uzağa
Halım birdən dəyişdi
Nə danışdım bilmədim
Dedilər, sən də məni görmüsən
Məndən daha betərsən
Elə tək bura gəlmisən
[Bənd 1: Rəssam]
Bir dərin həsrət susqun olub
Səslər qarışıb beynimdə, məni boğur
Gözlərimi gizlədirəm yan oturub
Hərdən çönüb baxıram yanında kim oturub
Mən bilmirəm necə edim bivec olum
Özümə yer tapmıram ki necə görünməz olum
Hər mənə baxdığında həyəcan olur
Yerin çox görünür ürəyimdə peşman olub
Əslində çox sevirəm hələ də
Deyə bilmirəm heç kimə, mənə nə?
Hər kəsdən fərqlisən mənim gözümdə
Necə səfeh kimi donmuşam yerimdə
Mən yerə baxıram, gözündən utanıram
Üzüm gülür, amma əslində boğuluram
Mən doğrudan da çox eqoist dolanıram
Özüm gedirəm, sonra özüm qayıdıram
[Nəqərat: MadTeen]
Göz-gözə gəldik sənlə uzaqdan
Necə doğmadır hər şeyin!
Addım ata bilmədim
Dedilər, sən də itirdin özünü
Unudub orada hər kəsi
Çıxıb getmək istədin
Göz-gözə gəldik sənlə uzaqdan
Necə doğmadır hər şeyin!
Addım ata bilmədim
Dedilər, sən də itirdin özünü
Unudub orada hər kəsi
Çıxıb getmək istədin