Abbas Bağırov
Sənsiz Olmaz
[Bənd 1]
Sevgi nədir deyə, mənə kaş soraydılar
Danışardım səndən, halıma yanardılar
Necə yuxusuz gecə, mənə dost, həmdəm olub
Sənli sənsizlikdə yaşamaq mənə dərd olub
[Keçid]
Gözümü yumsam, gözlərin xəyalımda
Səni görməyib, toxunmasam da, varsan yanımda
Həyat yolunda, nur saçan işığımsan
Yerlə göy bir olsa, yenə mənim canımsan
[Nəqərat]
Sənsiz olmaz, bitərəm
Yuxularım sənsiz olmaz
Özümü unudaram
Səni sevmək - gözəl bir hiss
Bunları alma əlimdən
Sənsiz olmaz
Sənsiz olmaz
Yox olub, məhv olaram
Sənsiz olmaz
Özümü unudaram, sənsiz olmaz
Gözəl gözlüm
Özünü alma əlimdən
Sənsiz olmaz
[Bənd 2]
Ürək yenə gözlər səndən iki kəlməni
Qürurunu tərk et, sən də aç ürəyini
Günlər aya çevrilir, aylar il olub gedir
Səni gözləməyim ömrümdən bir pay alıb gedir
[Keçid]
Gözümü yumsam, gözlərin xəyalımda
Səni görməyib, toxunmasam da, varsan yanımda
Həyat yolunda, nur saçan işığımsan
Yerlə göy bir olsa, yenə mənim canımsan
[Nəqərat]
Sənsiz olmaz, bitərəm
Yuxularım sənsiz olmaz
Özümü unudaram
Səni sevmək - gözəl bir hiss
Bunları alma əlimdən
Sənsiz olmaz
Sənsiz olmaz
Yox olub, məhv olaram
Sənsiz olmaz
Özümü unudaram, sənsiz olmaz
Gözəl gözlüm
Özünü alma əlimdən
Sənsiz olmaz