Abbas Bağırov
Nazəndə Sevgilim
[Bənd 1]
Dəydi saçlarıma bahar küləyi
Nazəndə sevgilim, yadıma düşdün
Hərənin bəxtinə bir gözəl düşər...
[Nəqərat]
Sən də təkcə mənim adıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Sən də təkcə mənim adıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
[Bənd 2]
Çıxdım dağ yoluna bir gün, bir səhər
Ötdü qumru kimi güllər, lalələr
De, niyə yalnızsan? Soruşdu ellər
[Nəqərat]
Qürbətdə, sevgilim, ağlıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Qürbətdə, sevgilim, ağlıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün
Sən də təkcə mənim adıma düşdün
Nazəndə sevgilim...
Qürbətdə, sevgilim, ağlıma düşdün
Nazəndə sevgilim, yadıma düşdün