Abbas Bağırov
Gəncə
[Bənd 1]
Azərbaycanın şah damarısan
Qurucu İlhamdan sən güc alırsan
Sənət dünyamsan, xan ocağımsan
Təbiətin tacısan, Gəncə

Fəvvarələr göyə nəğmə ucaldır
İlhamlı ürəklər qürub yaradır
Göygölün, Kəpəzin səndən ruh alır
Əfsanələr şəhəri - qədim Gəncə

[Nəqərat]
Adın məğrur, başın uca
Çinarların göy boyunca
Özün cavan, yaşın qoca
Ölkənin baharısan – Gəncə

Ucalırsan gündən-günə
Sözüm yetmir, qoşam vəsfinə
Gözəlləşən siman əziz
Vətənimin vüqarı – Gəncə

[Bənd 2]
Gəlir minillərdən harayın səsin
Tarixdir hər ilin, hər ayın sənin
Sözlə ucalıbdır sarayın sənin
Nizaminin yurdusan – Gəncə
Yenilməzlik sənin qanında yaşar
Mərdlik torpağının suyundan daşar
Qurucu İlhamla min uğur yaşar
Kübarda qocalıq sənə yaraşır

[Nəqərat]
Adın məğrur, başın uca
Çinarların göy boyunca
Özün cavan, yaşın qoca
Ölkənin baharısan – Gəncə

Ucalırsan gündən-günə
Sözüm yetmir, qoşam vəsfinə
Gözəlləşən siman əziz
Vətənimin vüqarı – Gəncə

Adın məğrur, başın uca
Çinarların göy boyunca
Özün cavan, yaşın qoca
Ölkənin baharısan – Gəncə

Ucalırsan gündən-günə
Sözüm yetmir, qoşam vəsfinə
Gözəlləşən siman əziz
Vətənimin vüqarı – Gəncə
Vətənimin vüqarı – Gəncə