Abbas Bağırov
Tapdıq, İtirdik
[Bənd 1]
Gül bağçalar arasında qoşa gəzdik
Axşamacan yorulmazdıq, dincəlməzdik
Bulud ötər, ulduz axar, biz baxardıq
Nə bəxtiyardıq!
Ay dolandı, il dolandı, ötdü zaman
Son baharda aramızı kəsdi duman
Dönə-dönə o illəri xatırlaram
Nə bəxtiyardıq!
[Nəqərat]
Ey alovlu günlərim
Qəlbimdə yurd salan sevincim, kədərim
Ah, nələri, nələri tapdıq, itirdik...
Ey alovlu günlərim
Qəlbimdə yurd salan sevincim, kədərim
Ah, nələri, nələri tapdıq, itirdik...
[Bənd 2]
Hərdən, hərdən o günlərim düşür yada
Şəvə tellər zaman-zaman ağarsa da
O günləri xatırlaram, xatırlaram...
Nə bəxtiyardıq!
Hərdən, hərdən o günlərim düşür yada
Şəvə tellər zaman-zaman ağarsa da
O günləri xatırlaram, xatırlaram...
Nə bəxtiyardıq!
[Nəqərat]
Ey alovlu günlərim
Qəlbimdə yurd salan sevincim, kədərim
Ah, nələri, nələri tapdıq, itirdik...
Ah, alovlu günlərim
Qəlbimdə yurd salan sevincim, kədərim
Ah, nələri, nələri tapdıq, itirdik...
[Bənd 3]
Eh, gül bağçalar arasında qoşa gəzdik
Axşamacan yorulmazdıq, dincəlməzdik
Bulud ötər, ulduz axar, biz baxardıq
Nə bəxtiyardıq...
Ay dolandı, il dolandı, ötdü zaman
Son baharda aramızı kəsdi duman
Dönə-dönə o illəri xatırlaram
Nə bəxtiyardıq!
[Nəqərat]
Ey alovlu günlərim
Qəlbimdə yurd salan sevincim, kədərim
Ah, nələri, nələri tapdıq, itirdik...
Ey alovlu günlərim
Qəlbimdə yurd salan sevincim, kədərim
Ah, nələri, nələri tapdıq, itirdik...
Ah, nələri, nələri tapdıq, itirdik...