Abbas Bağırov
Əziz Şəhər
[Bənd 1]
Mən əziz Bakımın həsrətiylə yandım
Ürəyimlə sevdim vətəni
Ölkələr, şəhərlər çox gəzib dolandım
Söylədim bu gözəl nəğməni

[Nəqərat]
Anam Xəzər
Əziz şəhər
Sevirəm mən səni
Ürəyim qədər

Eşqim mənim
Sən hardasan?
Mən bilirəm
Yəqin buradasan...

[Bənd 2]
Hər zaman səslədim
Qəlbimdə bəslədim
Canımdan əziz ellərimi mən

Gəzərəm hər yanı
O gözəl Ceyranı
Taparam Bakıda
Dilbərimi mən
[Nəqərat]
Anam Xəzər
Əziz şəhər
Sevirəm mən səni
Ürəyim qədər

Eşqim mənim
Sən hardasan?
Mən bilirəm
Yəqin buradasan...