Abbas Bağırov
Faytonçu (Live)
[Bənd 1]
Faytonçu asta gedər
Qulağı səsdə gedər
Faytonda gedən qızın
Sədası dosta gedər
[Nəqərat]
Ünvana, sona çatır
Bürünüb dona çıxır
Sür atını, faytonçu
Sür atını, faytonçu
Sənə yollar açıldır, açıldı
[Bənd 2]
Şəhərin yolu daşdır
Sağı daş, solu daşdır
Bu şəhəri görənlər
Xatirələr yoldaşdır
[Nəqərat]
Ünvana, sona çatır
Bürünüb dona çıxır
Sür atını, faytonçu
Sür atını, faytonçu
Sənə yollar açıldır, açıldı
[Bənd 3]
Hər daşda bir nağıl var
Nağılında noğul var
Asta sür, bu şəhərin
Gül yuxusu dağılar
[Nəqərat]
Ünvana, sona çatır
Bürünüb dona çıxır
Sür atını, faytonçu
Sür atını, faytonçu
Sənə yollar açıldı, açıldı
Açıldı, açıldı, açıldı...
[Sonluq]
Faytonçu, faytonu sür...