Abbas Bağırov
Əlvida
[Bənd]
Görüşdük nə çətin
Ayrıldıq, ayrıldıq nə asan
Hardasan, sevgilim
Varmısan, varmısan, yoxmusan...

Mən səni izlədim
Günahtək gizlədim, gizlədim
Hər axşam, hər gecə, hər səhər
Hər gündüz gözlədim...

Əlvida, o günlər
Ulduzlu gecələr, əlvida
Ömrümdən nə qaldı
Nə qaldı vəfasız dünyada?

Əlvida, o günlər
Ulduzlu gecələr, əlvida
Ömrümdən nə qaldı
Nə qaldı vəfasız dünyada?

Mən səni izlədim
Günahtək gizlədim, gizlədim
Hər axşam, hər gecə
Hər səhər gözlədim...