Abbas Bağırov
Gəncəm
[Bənd 1]
Gəncə çayı lal axar
Göydən ulduzlar baxar
Çiçəklərin boynuna
Gəncə incilər taxar

Gecələrin nurludur
Səhərin uğurludur
Təbiət sənə baxıb
Öz-özünü unudur

[Nəqərat]
Bağlı-bağçalı şəhərim
Ömrüm-günüm, həm səhərim
Sevincimdir xoş günün
Kədərimdir kədərin

Bağlı-bağçalı şəhərim
Ömrüm-günüm, səhərim
Sevincimdir xoş günün
Kədərimdir kədərin

[Bənd 2]
Sözlü-söhbətli Gəncəm
Gözəl baharlı Gəncəm
Səhəri gül ətirli
Kəpəz vüqarlı Gəncəm
Yollara kölgə salan
Çinarların çətiridir
Sübhçağı evə dolan
Göygölümün ətridir

[Nəqərat]
Bağlı-bağçalı şəhərim
Ömrüm-günüm, səhərim
Sevincimdir xoş günün
Kədərimdir kədərin

Bağlı-bağçalı şəhərim
Ömrüm-günüm, səhərim
Sevincimdir xoş günün
Kədərimdir kədərin

Vətənim...
Bağlı-bağçalı şəhərim
Ömrüm-günüm, səhərim
Sevincimdir xoş günün
Kədərimdir kədərin

Bağlı-bağçalı şəhərim
Ömrüm-günüm, səhərim
Sevincimdir xoş günün
Kədərimdir kədərin
Bağlı-bağçalı şəhərim
Ömrüm-günüm, səhərim
Sevincimdir xoş günün
Kədərimdir kədərin

Bağlı-bağçalı şəhərim
Ömrüm-günüm, səhərim
Sevincimdir xoş günün
Kədərimdir kədərin