F’Rhyme
Heç nə yolunda getmir
[1-ci hissə]
Ай, бля
Hər şey üstü örtülü, ortada bəlli nə?
Bu müəllimlər anlamır, necə anlamıram fənni mən
Alıb nəfəsi dərindən bədənimdən dəbərir təb
Alıram parkda Daun uşağın telefonun əlindən
Əvvəlindən taleyim belə yazılıb
Axırda özüm Daun olub, Daun yaşayıb, Daun gəbərirəm
Bu möcüzə, keçək mövzunun mətləbinə
Mövzu-zad yoxdur, mic-da F'Rhyme-dırsa nə fərqi sənə?
Əsas bədənin yellənir, qulağın eşidir
Çıxmısan işdən yorğun, başa vurdun ağır rejimi
Tutmur planın, beş ildir çox şeyin fərqinə varmamısan
Çün' kadrları gözlərin bulanıq seçirdi
Usanıb heç olur həyatın
Sənlə böyüyən dostların fağır uşaqlıq, sən isə ağır uşaqlıq keçirdin
Onlar məktəbdə uzanarkən təhsilin altda, sən isə uzanmısan parkda nəyinsə təsiri altda, yeah
Hisslərin boğulmaz bilirdin
Getdiyin davalarda göt-baş olurdun, amma heç kəs sənə toxunmaz bilirdin
Nə qədər gizli poxun var idi
O qədər bədbəxtsən ki, nəs rəqəmin doğum tarixindir! (Ай, бля)
Problemlərin çoxu daxili idi, çoxu maddi idi, çoxu adi idi
Çoxu bir müddətlik mütəmadi, çoxu daim idi
Çoxu xain idi, bu qədər şeylə üz-üzəsən
Amma похуй, laiq idin! (Ай, бля)
Çıxırsa bir avara hər nəsildən
O sənsən, boğulmusan poxun dərəsində
Nəyin həvəsindən?
Harasa gecikmirsən, amma tələsirsən
Kirayə qaldığın ev balacadır akulanın mədəsindən
Batırsan daha dibə, shit!
Artıq maddi təşviş adiləşdi
Bir olduğun adamlar daha birləşmir
Həyatın Namiqin rəvayətindən daha trash-dir!
Bəlkə də, hazırsan bundan daha pislərinə
Gizlənmək rahat olan ölkədə rahat izlənirəm, bro
Və həyatın o qədər çirklidir ki
Onun haqda 32 bar-dan artıq yazmaq istəmirəm, yeah
Həmişə böhtanı sənə atırlar niyəsə
Çalışırsan qatıq ağdır deyib qatıqlamayasan
Əslində komaya düşənə qədər döyülmək içindən gəlir ki, heç nə xatırlamayasan
Kimsə qatarını uzun reysə atıb səhvən
İntiharı sevmirsən, amma ruhun özünü beşdən atır səhərlər
Bu düşüncələr hey savaşır sənlə
Və bu trekdə özünü tapırsansa, deməli, baş personajım sənsən
[Sonluq]
Son zamanlar heç nə yolunda getmir, hə? (Ай, бля)
Son zamanlar heç nə yolunda getmir, hə? (Ай, бля)
Son zamanlar heç nə yolunda getmir, hə? (Ай, бля)