F’Rhyme
Sizə yox deyirəm
[Bənd]
Gecə sakitdir, eləyin səs-küy onda
Heyif ki, bizdə belədir, problemsiz gün olmaz
Ötür ordan, nə qədər ki, əriyib kül olmaz
IQ'üm bomba
Keçirdirəm yaradıcılıq gecəmi günorta
Çünki gecə özüm yaradıram
Səhər açılıb gün doğana qədər
Bəlkə, içinizi, çölünüzü, nə var hamısını töküm ortaya
3 saatlıq albom çıxarsam, səhəri gün qəfiyəniz qurtarar
Söz bazanızı söküb ataram
Verər götün avaz
Götür avans, yatır bu poxa bütün pulu
Xeyiri yoxdur və onda anlayacaqsan ki, sözün bitdiyi an budur
Udub sizi mədəm, mənsə həzm etmədən sıçıram
Gəlsəz də hədə, etmək lazımdır öyrətmirəm nətər
Rap'i bomba etmədən
Partlatmaq üçün gəlməli idin AzRap'ə 90-lar ya 2000-lərdə (Də, də, də, də, də)
Gecikmisən, gəbər!
Qaçırıb dozanı, verirəm pozanı, gözlərim bozarır
Onlar rap'i nə qədər sürətli olsa, o qədər zor sayır
Bu nəyin təsirində olan beyin düşüncəsidir?
Məncə, Bonzai'n
Mənimsə sol, sağımda lo salıb dostlarım
Rockstar'ı xatırladır yaşamımız qəribə
Aşağısız bəli və daş atırsız bəridən
Baş ağrınız nədir bəs?
Kiminsə çıxıb sizə əhsən deməyimi?
Yüz nəfərin içində məhz sən deməyimi?
Burda təksən deməyimi?
Münsif olmasam da, sizə "yox" deyirəm
Əgər söhbət kiminsə sizə nəsə deməyidirsə
Bəlkə, uğurlu deyiləm Dre kimi, a!
Biri də demir, mənə "Bu rap'çini tap"
Bacarmayablar klassik hip-hop'da
Trendimi deşir drel kimi, a!
"Fake" malları brend kimi al
Panamaları başına "snap" kimi tax
Ağzımdan gəlir krem kimi dad
Mənlə öpüşən qızların breketi var
Məktəbin tualetində dostların "playlist"inə baxıb
"Bilmirəm, nə rap" desə də
Bu poxu anlamırlar, üz-gözləri bəlli etməsə də
Amma sən dinləyib əylənirsən, əşi dərd etmə
Güman edirəm, bu mədəniyyət ölkədə dəyişəcək
Göstəricilər bizə uğurlu gələcək vəd etməsə də
Hamımızı zor fərd etməsə də
Hamımızın beyninə sağlam şeylər dəng etməsə də
Nəysə dərsin başladı, amma girə bilmirsən
Birinci tualеtdəki uşaqlarla həll et məsələni
Də, də, də, də, də!