F’Rhyme
Vəziyyət Kritikdir - Freestyle
[Bənd]
Dilim iti, biri başlayır, biri bitir
İri bir "text"imin içində yox bir "rhyme" primitiv
Amma yenə bilinmirik, ilim-ilim itib
Bu tipdə rep min ildə bir olur
Bax, vəziyyət kritikdir
Birini bilir, birini bilmir
Dilim-dilim bölüb bu taktı düzürəm üstünə minib "free beat"in
İrin-irin bədənimin hər tərəfi
Baş qəhraman özüm, amma hiss edirəm
Mən ölmədən film bitir
Birin-biri hesab, bu ritmimi tutanlara
Hər verse-də yaşadıram ölüm kliniki
Ötür BIC-i, ya Cricket-i, bu nə qripidir?
F'Rhyme saf bədəninə 6 saatlıq LSD tripidir, a!