F’Rhyme
Həmən Oyam
["Həmən Oyam" üçün mahnı sözləri]

[Bənd 1]
Əvvəl axmaq, safıydım
Daha sarsaq vaxtımdır
Hara baxsam, dalımca qaçan axsaqlarıydı
Yaşamım sapsağlamıydı
Heç də asan sayılmır şansı tapmaq
Bəlkə də, daha çox axtarmalıydım
Hirsim azalmalıydı, daha az olmalıydı
Ən ağıllı olduğum yerdə ətrafım avamlarıydı
Tanrıyla aram varıydı, amma yalvarmalıydım
Bəlkə də, ona qarşı daha incə davranmalıydım
Qəribə havam varıydı
Gündəlik rutin-im bar, pub-lar, dar parklar, podvallar, dalanlarıydı
Uzaqlaşmağı düşünməmək üçün pox-püsürdən yan qalmalıydım
Ən səmimi etirafım yalandanıydı

[Nəqərat]
Amma nəticədə, bu mənəm
Bunu məni mən eləyən dünənə borcluyam
Amma nəticədə, bu mənəm
Bunu məni mən eləyən dünənə borcluyam

Amma nəticədə, bu mənəm
Bunu məni mən eləyən dünənə borcluyam
Amma nəticədə, bu mənəm
Bunu məni mən eləyən dünənə borcluyam
[Bənd 2]
(Yo, yo, yo, yo, yo!)
Məncə, əsas orijinal olmaqdır
Daha qəliz yaşayım deyə, taleyim istəyibdir Bakıda olmağımı
Burada orijinal olmamaq sanki açıq sözdür
Qızın hamıdan gizlətməyi bakirə olmadığını
Məni boğan şeylər daxilən məcbur edir hər mövzuya edim müdaxilə
Ölüb, amma diri kimi görsənməkdir o axirət
Və tarixə nəzər salanda bomba günlərimi sadalamağım qalır "və sair", "ilaxır"ə
Qəliz yaşasan, o qədər yazmağın təmiz və səlisdir
Keçdik hər riski, krizi, please, bir iz ver
Çıxsın bədənimdən bu pis tilsimim, bitsin Bir zibil bilmirik, izin ver biz də bilək
Yat iyisidir, Jesus!

[Keçid]
Gedirəm evə doğru, here we go
Bax nə var, odur, həmən oyam
Yadımdan çıxıb, gecə yatıb olmaq səhər oyaq nə deməkdir
Hər şeyin dadı getdi
Düşündürməsəm də, elədiyimin adı rep-

Gedirəm evə doğru, here we go
Bax nə var, odur, həmən oyam
Yadımdan çıxıb, gecə yatıb olmaq səhər oyaq nə deməkdir
Hər şeyin dadı getdi
Düşündürməsəm də, elədiyimin adı rep-dir (Check it!)
[Sonluq]
Amma nəticədə, bu mənəm
Bunu məni mən eləyən dünənə borcluyam