["Kriminal Qiraət" üçün mahnı sözləri]
[1-ci hissə]
Təəssüf, bu əhvalatda məhv olan bir şey var
Kostyumunu geyinəndə səni xilas etməyə gecikir super qəhrəmanın
Çün bu reallıq, daim piyanlıq
Bu похмель-dən ayılmağa vaxt ver mənə, gərək dayanım bir az
Hüzurdan əlini üz, TV-də bad news
CV-in də qəbulsuz, işsiz və məyusluq
Dindirsələr, bildirmə, məğlubsan, sən busan
Əfsuslar olsun, məhz busan, qəbullan, məcbursan (Ah)
Mən istifadə müddəti bitmiş bədənin girovu
Tək istəyim hüzur bir ovuc
Yenə həyat mi notunda
Yemişəm dil otu, sənsə mövzuya пиздец qıraqsan
Biznes class-san, amma rulda keçinib təyyarənin pilotu
Həyatın kimlərinsə öhdəsində sikdirib
Yaxınların bu halını görməsinlər, istəyirsən
Hər şey yalan, oyat bu yuxudan, geriyə qalan həyatın paranoyak
Burada gənclik öz kölgəsindən diksinir
[Nəqərat]
Bir, iki
Sənə maraqlıdır, gecə vaxtı qapınızdaki biri kimdir? Açıq kilidin
Üç, dörd
Qapını ölmədən öncə örtməlisən, göt
Beş, altı
Bədəninsə leş artıq
Yeddi, səkkiz
F'Rhyme təhtəlşüurunun ən dəhşət verici rəsmi
Doqquz, on
Son sözlərini demə, desən belə, eşitmir səni burada heçkim onsuz da
[2-ci hissə]
Salam, balaca, tanış ol, bu, dünyadır
O, qəhbədir, amma əl vermir, problem verir, həll vermir
Busa ailə - daima səndən nailiyyət gözləyən dairə
Bir az sərt, bir az mülayim həm
Onlar sənə pox-püsürdən uzaq olmağı aşılar, amma durumun aşikar
Çətin qalmağın orijinal
Arvadının arzusu növbətini dölləməkdirsə
On uşağının doqquzu göbələkdirsə, məncə, problem vajinal
Gec olmadan qarşısını al
Keç otağa, balışına
Heç olmasa, başını at
Yat, yat, yat, yat, yat doyanacan
Səni dünya daha götlü-başlı yer olanda oyadaram
Ah, yeah, check it up!
Bu, səni necə gəbərtdiyimə dair ailənə yazdığım məktub, yeddi bar etiraf
İşim silsilə murder, məktubun önsözü isə: "Hazırlaş!"
Növbətisən, ölməlisən, ah!
[Nəqərat]
Bir, iki
Sənə maraqlıdır, gecə vaxtı qapınızdaki biri kimdir? Açıq kilidin
Üç, dörd
Qapını ölmədən öncə örtməlisən, göt
Beş, altı
Bədəninsə leş artıq
Yeddi, səkkiz
F'Rhyme təhtəlşüurunun ən dəhşət verici rəsmi
Doqquz, on
Son sözlərini demə, desən belə, eşitmir səni burada heçkim onsuz da