F’Rhyme
Absurd
["Absurd" üçün mahnı sözləri]

[Giriş]
Due to some violent content, parental discretion is advised!

[Hissə]
Mamaça dalıma şapalaq vurandan bəri, bu dünyada xoş rəftar axtarmıram
Sizə kim demişdi, doğulmağa razıyam?
Anusdan fanusa keçid edib burada через oksigen boğulmağa razıyammı?
Yox!
Bu da distopiyamın ilk ədalətsizliyi
Məni qarabaqara izləyir
Buranın polisi sivili döyür
Buranın ofisi işçisinin sömürür ömrünü
Yəni tək siqaret öldürmür, hər şey öldürür
Elə yaşamaq da baş ağardır
Daş hasarlar aşanacan qaçacaqsan (Qaçacaqsan)
Amma fiziki yox, əqli
Heç disiplin yox fərli, bir işimiz yox bəlli
Qızıl dişimiz yox, kəlbətinlə çəkib, əridib sataq
Gecəni qurtaraq
Brutal hamı, hamı düşüb ruhdan, ah!
Sanki ömürlük həbs, bu dözümsüz, nə pis
Metal baxışlar gözünüzdə gizli
Əminsiz ki, özünüzdəsiniz?
Dünyaya göz açmaq çox səliqəli səslənir
Bunları doğub dölləyiblər
Buradakı qaniçən canilər - "Sorry, mama, I'm a criminal" - demirlər
Çün analarını morfinə pul vermədiyi üçün boğub öldürüblər
Çiyinlərinə hər poxu götürüblər, çün öyrəniblər, törəniblər qohum evliliyindən
Burada toxu yedirirlər, aclarsa ac olaraq davam edir sağ cinahda sancılarla
Burada kostyumlu işçilər yox, uşaqlar yığır iyləmək üçün qaz pulu
Hər şey nataraz qurulub
Və uşaqların ciyərlərində zəlzələ
Və itər qəfildən mənzərə
Bu, digərlərinə bənzəməz
Buradan getməmişəm, qaçmışam
Bir xeyli uzaqlaşmışam, azmışam xülyalarda
Mənim öz dünyam var “mənim öz dünyam var” cümləsi qədər absurd