F’Rhyme
Hər Çiynin Öz İstifadə Müddəti Var
["Hər Çiynin Öz İstifadə Müddəti Var" üçün mahnı sözləri]
[Nəqərat]
Narazı olduğundan xeyli razısan
Baby, yazıqsan, sənə deməyiblərmi
Hər çiynin öz yük daşıma müddəti var?
Hər çiynin öz yük daşıma müddəti var?
Narazı olduğundan xeyli razısan
Baby, yazıqsan, sənə deməyiblərmi
Hər çiynin öz yük daşıma müddəti var?
Hər çiynin öz yük daşıma müddəti var?
[Hissə]
Bir az nəfəsi dər, əbəs illər və fəsillər əvəzində
Partlamağa hazır bir civəsən
“Əzilmək necə hissdir?” soruşsam, yəqin, incimərsən
Özünü rədd et, ya sev
Solmuş обои, köhnə videomaqnitofon
Qutularla porno kaset
Əlində resept, dərmanlar desert, tabutun rezerv
Və həyatı tez etməlisən reset
Buranın günəşi özünü yandırıb, ulduzlar parlamır
Əldə qalan puzzle heç nəyi tamamlamır, tam anlamırsan
Çox davamlı bir hal alıb
Bu, göydələnlər daxilində öyrənilmiş çarəsizlik
Böyüdüm buranın havasını udub
İndisə, elə bil, içimdəki skater qaqaşı kamaz vurub
Güc ver inadla, üç ver, bir al
Tanrıyla sövdələşmə daxilində öyrənilmiş çarəsizlik
Ətrafda insan əti yeyən veqanlar bərkiyib, gövdəm metaldan
Hardaydı səhvin, get axtar tap, görmək isdəmədiyin detallardasan
Taraz dayanmaz, əgər o başın heç hallanmasa
Bivec adamlarla dolu bu şəhərə uyğunam
Bir qurğuya bənzərik
Orqanik bədənlərdə mexanik duyğularla
Hər nədənsə, hər nəfəsdə ət qəfəslər daxilində öyrənilmiş çarəsizlik
[Nəqərat]
Narazı olduğundan xeyli razısan
Baby, yazıqsan, sənə deməyiblərmi
Hər çiynin öz yük daşıma müddəti var?
Hər çiynin öz yük daşıma müddəti var?
Narazı olduğundan xeyli razısan
Baby, yazıqsan, sənə deməyiblərmi
Hər çiynin öz yük daşıma müddəti var?
Hər çiynin öz yük daşıma müddəti var?