["Sərxoş Nəzakəti" üçün mahnı sözləri]
[Giriş]
Yo, yo, yo
[Nəqərat]
Yaşımla yaşanmışların arasındakı aşılmış sürət həddi
Cənnət bir metr uzaqda, ora girməyin də formulu cibimdədir
Amma çevrilirəm qorxduğum birilərinə ilbəil
Çətin gəlir sona çatmaq üçün addımlamaq hər boş məsafəni
[Keçid]
Bağışla, afətim, mənimki siyasi yalançılıq, mənəvi oğurluq, narkoman səliqəsi və sərxoş nəzakətidir (Ah)
[Hissə]
Amma bilmədiyimi dilə gətirmərəm mən, qətiyyən həm də
Bu dünyanın beyin qapağıma sığmama problemidir, məncə, klostrofobiyamı tətikləyən
Ən qəlizi bu dairənin izahına varmaqdır
Ən dözülməz olansa yan oturacaqda oturub sürücünün insafına qalmaqdır
Olduqca təbiidir haqqını axtaran gəncliyin azması
Toplumun gözünü bağlayıb ağzını yemləmək sadəcə vicdan masturbasiyası
Gəzdirirəm üstümdə мегамозг
Təcili daha günəşli iqlimə etməliyəm teleport
Qurtara bilməz cümləmi metafor
Ruhumu metadon
Bu quyunun ətrafında gəzmirəm, olduqca dibindəyəm
Məhkumam boğulduqca dirilməyə
Mənim sağ böyrəyim, daha çox, yaşamağı təklif edir
Sol böyrəyim отказ gedir (Yo)
Yəqin ki, səbəbi...
[Nəqərat]
Yaşımla yaşanmışların arasındakı aşılmış sürət həddi
Cənnət bir metr uzaqda, ora girməyin də formulu cibimdədir
Amma çevrilirəm qorxduğum birilərinə ilbəil
Çətin gəlir sona çatmaq üçün addımlamaq hər boş məsafəni
[Sonluq]
Yo
Siyasi yalançılıq, narkoman səliqəsi və sərxoş nəzakəti