[Giriş]
Ye-ah, ye-ah, ye-ah
[Bənd 1]
Həyatının baryerə dirəndiyi anda
Balansın yoxdur edəsən tanrıya “call” “boy”
‘’Western’’ qaydalarına uyub gəlmisən
Amma bura rus ruletidir, kovboy
Buranı cənnət prototipimi sandın?
Atanın qanadlarına sığınıb
Ananın nağıllarına inanıb
Utopiyaya qapıldın istəmsiz
F’Rhyme heyvandır, şeytandır
Və bu şeytan o qədər qorxaq deyil ki
Detallarda gizlənsin
Xoşbəxtliyin özü yox, var silueti
Dünya gonbul, çirkin dayday, sallanır selüliti
Tavada qaynayan xaos, içimdə var bir küy
Karmadan qalmadan bəslənir ətlə
Üstünə insan qanı ‘’barbecue’’
Ruhum buna tab gətirməz
Əlbət, bir gün dərədən aşağı atar yükü
Yox qıraq taktika
7/24 ətrafda akkordsuz çalan orkestr
Qulaqda profilaktika
‘’Disiplinsizlik’’, nə qədər çabalasam da
Yenə günlük rutin sonda məni ‘’random’’a buraxır
Kölgəsi ağrıyan döş qəfəsinin günahlarıyam
Bu amputasiya edilmiş əzanın ‘’fantom’’ ağrıları
Az yaşlının ilk kağız gəmisi batanda
Avtomatik, özü ilə bir batırır karton Tanrıları
Və gerçəkliyi orfoqrafik tələffüzdə
Heç bir ağır arqo tanımlamır, a
Can qurtarmır əzablardan gündəlik
Sosiallıq özündən zəifi ələ salmaqla gülməli
Həyat ədalətlidir deyən “girlfriend”imə
Həmin gün hədiyyə eləmişdim
Toplayıb 16 yaş aşağı məzarlardan gülləri
Sonra mənə xəyanət edib əfəllədi və atdı
Mən tərlədim və yatdım
Səhəri gün işə keçdim dərhal
İncə əllərindən barmaqlarını ədaləti bərpa
Məqsədli kəlbətinlə dartdım, qopardım, yox artıq
Münasibətimiz çox toksik qoxardı
Və tək qaldığım bu simulyasiyanın
Havasını içimə çəkdikcə
Ciyərimdə karbon monoksid çoxaldı
İstəyimi öldürmədən boşaltdım üstünə ‘’highat’’ləri
Ən sevimli oyuncağım “rhyme” dəftərim
Devirdim oyundakı maymaqları
Yedirdim illərlə bu poxa ac olan mədələri
İçimdə fitili yanan ‘’molotof’’
Monoton boş otaq standart
Oşodan sitatlar, xoş olan spontan
Qüsursuz təsadüfün valyutası nədir? Bizə de
Göylərdən ümidini kəsənlər var
İçimdə fitili yanan ‘’molotof’’
Monoton boş otaq standart
Oşodan sitatlar, xoş olan spontan
Qüsursuz təsadüfün valyutası nədir? Bizə de
Göylərdən ümidini kəsənlər var
Göylərdən ümidini kəsənlər var