F’Rhyme
Çupakabra (Explicit)
[Giriş]
Okay, okay
140 Vibes, motherfucker!

[Nəqərat]
Mən bir azca ''high''am
Bu, çox qəliz və mistik
Və bu, misraya sığacaq bir hiss deyil
Alo? Bu gün dünənkindən pisdir
Uşaqlar dünənkindən istəyir

Mən bir azca ''high''am
Bu, çox qəliz və mistik
Və bu, misraya sığacaq bir hiss deyil
Alo? Bu gün dünənkindən pisdir, ye-ah
Uşaqlar dünənkindən istəyir

[Bənd]
Təəssüf, ətraf mühitlə münasibət heç də isitmir məni (Yo-yo)
Və ciyərlərimi qurban verirəm sosial ''disiplin''ə
Dostlarımı saxlayıb, digərlərini qurban verirəm içimdəki lorda
Məni dinləyənin qulağı qıraqdakıları ''ignore''da
F'Rhyme qeyri-adekvat, xarab frontal
Girmişəm bardağa, saniyələr axmır bədənimdəki qan kimi
İnsan insana, dağ dağa, qan rast gəlib tromba
Siz "Otomatik Portağal", mən ''machine gun''
Heç kim yerindən tərpənməsin, hamınız eləcə dikilib-qalın orada, ye-ah
Bu qollar vaxtı ikən nəyəsə uzanıb, deyə qısalıb
Rəis, gözlərim sizə baxıb utanıb, deyə qızarıb
Bacarığımı itirirəm, bilmirəm, danışım nə haqda
''Sex''dən, ''drug''dan, sıradan, kiminsə qıraqdan?
"F'Rhyme-ı maşında dinləmək olmur", - deməsi yara deşirdi
Yox, əslində, elə ''underground''un özüyəm, əgər istəmirsənsə məni dinlədiyini anan eşitsin, ye-ah
Mən çupakabra, məni su tapancaları ilə qorxuda bilməzsiz
Məni küçədə görəndə qorx, amma yenə də ver sualını
F'Rhyme köhnə paltar geyinir, deyə ''postmodern''
Köhnə vidləri qayırır deyə retroseksualdır
F'Rhyme ''bong''dur, o ''bong''dan ''weed'' çəkəndən sonrakı bronxdur
F'Rhyme çox söyüş söyür, F'Rhyme-ın reputasiyası poxdur
F'Rhyme-ın motivasiya ''track''i işləməyə motivasiyası yoxdur
Amma yenə də kasad ədəbiyyatınıza baxanda ''freshman''am, çox dirəşmə
Bu meşəyə nisbətdə sayılıram ali səviyyə Mauqli
Burada doğulmağım sistemdəki xəta idi və ''borderline'' davranışlarımı ortadan ikiyə xətti ayırır - şaquli
Tam bir duyğu xaosu, bu xaos haqda götünüzdən bir həqiqət uydurarsınız
Son nəfəsimi verənədək bu şəhərdə beynimin rekviyemi akkordsuz zurna səsidir
İçimi gəmirirəm, amma elə düşünür ki, səmimiyəm, amma
[Nəqərat]
Mən bir azca ''high''am
Bu, çox qəliz və mistik
Və bu, misraya sığacaq bir hiss deyil
Alo? Bu gün dünənkindən pisdir
Uşaqlar dünənkindən istəyir

Mən bir azca ''high''am
Bu, çox qəliz və mistik
Və bu, misraya sığacaq bir hiss deyil
Alo? Bu gün dünənkindən pisdir, ye-ah
Uşaqlar dünənkindən istəyir