["XX" üçün mahnı sözləri]
[Giriş]
Bədənimdə doluşub, laxtalanıb qan
Ölüb...
[Bənd 1]
Amma mən hələ sağam
Baxa bilmir nə sola, nə də sağa ağaran gözlərim
Və dərindən nəfəs alaraq mənə salam verən adama
Səhvən kəkələdim çin dilində atalar sözləri
Son tüstüdə tələsdim ağır vəziyyətim
O qədər ölmüşəm, üstümə qərənfil atır hamı
Və digər üzgün halda etdiyim dürüst dualarımtək
Bu da maksimum lüstra qədərmi çatır, görəsən?
Belə xoşhallandıqdan sonra bir az özümü toparlamalıyam
Qeyri-real dünyayla əlaqəmi qopardıb evə çatam gərək
Bir sürü neyronu ən yaxın dayanacağa tərəf otarmalıyam, ah
Hamı çəkilir geri, yaxın duran yoxdur
Ağzımdan selik axıb, yerə yaxılır
Belə baxıram ki, gəbərmək üçün elə vaxtdır
Amma yenə qalxdım
Yıxıldım, yenə qalxdım
O qədər yıxılıb qalxdım ki, heç ən güclü şəxsiyyətlər belə
Bu qədər yıxılıb qalxmayıb
Bəsdir də, daha sıxılır ürəyim
Bəsdir də, daha sıxılır ürəyim
Dayanacaqda oturdum, gödəkcəmin bütün ciblərinə toxundum
Və anladım ki, heç bir qəpikdə yoxumdur, ‘’похуй’’
Kömək edin, xahiş eləyirəm
Bir az öncə ayıq baxdığım dünyada mən şair idim
Orada ‘’коллега’’larım mənə sitayiş eləyirdilər
Özüm çox bacarıqlıyam (burada böyümüşəm)
Bakıda dünyaya göz açmışam
Doğulduğum gün yeriməyi öyrənmişəm
Yeriməyi öyrənən kimi qaçmışam
Yaşam standartlarıma görə meşə qanunlarına
Davamlı immunitet sistemimdə əlavə ‘’point’’ var
Rahiblər deyir, cəhənnəmdə alov var
Mənsə sual verirəm, cəhənnəmdə ‘’joint’’ var?
Nə isə, nə qədər çabalasam da, yenə "feedback" yox imdadıma
Bilərdim, əlbət, qədərini
Və son insan da dayanacağı tərk elədi
Mən də bədənimi (sağ ol)