[Giriş: END]
"Yo", aha
Həyatı elə yaşayıram
Həyatı elə yaşayıram (Həyatı, ah!)
[Bənd 1: End]
Həyatı elə yaşayıram, elə bil duyğuları olan robotam
Bakı Amerika deyil, amma sanki balkonum ‘’Compton’’
Format lazımdır özümə, həm də ki "комп"uma
Yox bir "TikTok"da canlı, təzə ‘’demo’’ üçün kontur at
‘’Kopiyalayıb’’ Eminem‘i illərlə Contra
Çoxunu yaxına buraxmıram, çünki "беспонтов"durlar
Bizimçün kifayətdir vaxtımızı donduraq
Soyuqda küçədəyik, məhəlləmizi çətin don vurar
Sözlərim eşitdiyin ən son şey, bura son ‘’durak’’
Bunların özləri, sözləri, "flow"su monotondur da
Yaşayış marafondur da
Çox şey yükləyə bilmirəm telefonuma, çünki qorxuram
Baş açmamışam, bunlar nə poxdurlar
Guya ‘’hip-hopdurlar
İy gəlir burnuma, elə bil kimsə buraxıb osturaq
Artıq şəhərdəki kameralar süni ‘’post’’durlar
Bizim haqda danışırlar, bunlar neçə dostdurlar?
‘’Лампочка’’sı oğurlanan bloklarda kamera var artıq
Cinayətlər artıb
Biri var olur cani, biri var olur qancıq
Yaşa əqrəb kimi, təhlükədə əqrəb özün sancır
Uşaqlıqdan fanatik, olmaq arzu bandit
Həyat mənçün başqa yola kodlaşmayıb sanki
Özlüyündə pis əməlim yoxdur, amma faktiki
‘’Illegal’’ buzdan səhra, mən sürürəm konki
Problemə düşmək sürətim ‘’Kawasaki’’
Külək əldən salıb Bakını, mənçün hava sakit
‘’Just do it g life’’, ‘’loser’’lərə ‘’fuck it’’
‘’Only cart to cart’’ ‘’ уже’’ ‘’па́ливо’’dır, arada bir ‘’nakit’’
"Вечный" gedir "занит"
Canavarlar ağlı-göylü maşındadır, biz onlarçün "зайчик"
Deyirlər: "Ну погоди", amma biz cəldik
Məndən ad soruşma, dili kəsər qayçı
Sistem bizim venamıza sistem qoşub qan içir
Milləti zombi ediblər, özləri vampir
Burada puluyladır, gözün yumur hakim
Dili var bir metrə, səsi çıxmır lakin
Çöllüyün yoxdursa, bizim yanımızda çətin
Güllələr üstümə gəlir, atıram qəpik
Saxlamıram mesaj, saxlamıram şəkil
Saxlayıram hörmət, saxlayırsa önümdəki
Yazırsan, kişi kimi yaz, ya da ki çəkil
Tuturlar xalqdan gələn söyüşlərə çətir
Ürəyimi açmaq istəyirəm, lazım vəkil
Məhkəmə dövlətə tabedir, bu nə məntiq?
Haqqını axtaranlarla tanışdır zəncir
Coğrafiya taledir, doğulmadım zənci
("Beat" qurtardı?)
[Nəqərat: Neocortex]
Mənsə çalışıram, olum ehtiyatlı, ya, ya, ya!
Şeytanın ki digər adı mediadır, ya, ya, ya!
Səhifələr səni populyar etmək istəyir
Hər bir tində peysər çıxmaq riski gizlənir
[Nəqərat: Neocortex]
Mənsə çalışıram, olum ehtiyatlı, ya, ya, ya
Şeytanın ki digər adı mediadır, ya, ya, ya
Səhifələr səni populyar etmək istəyir
Hər bir tində peysər çıxmaq riski gizlənir
[Bənd 2: Neocortex]
Səhifələrin parıldama səbəbi
Hamının yığıb daxilində əsəbi
Gözləyir ki, nəsə bir quş buraxasan
Səhv еləyəsən, boş buraxasan
Tökə üzərinə qəzəbin
"Lyncher" olanın arxasında duran olmayacaq
Anasını söy, vuran olmayacaq
Əsəbi boşalt, haram olmayacaq
Şansı istifadə elə, hər an olmayacaq
Hamı gəzir ona görə qeyrətinə yaxa-yaxa
Boş yolu kеçir, amma sola-sağa baxa-baxa
Xanımlar çalışır, güləndə gülməsin ürəkdən
Kamera çəkər, kamera qorxulu tüfəngdən
Tarqovıda tində gizlənib kameralı jurnalist
Şikarını gözləyir, ehtiyatlı ol
Səndən müsahibə almaq istəyir
Birdən-birə tindən çıxır o, mikrofon:
“Boşanmış qadınlar evlənərsiz?”
“Sevgiliniz ilə toydan qabaq sevişərdiz”
“Erməni uşağın öldürərdiz?”
“Qara bayramlarda neçə dəfə hönkürərdiz?”
Səni basır "уже" tər, vəziyyətin birtəhər
Vəziyyəti həll edə bilərsən, de, nə tər?
Cavabından asılı olaraq adınız olacaq
‘’Полюбому’’, ya ‘’ангава’’, ya da peysər
[Nəqərat: Neocortex]
Mənsə çalışıram, olum ehtiyatlı, ya, ya, ya
Şeytanın ki digər adı mediadır, ya, ya, ya
Səhifələr səni populyar etmək istəyir
Hər bir tində peysər çıxmaq riski gizlənir
[Bənd 3: F'Rhyme]
Dişlərimi boynuna keçirərək aman vermədən
Gəbərtdiyim bütün keçilərə salam
Heç vecimə də deyil keçi keçinən həmən an
Geci-tezi seçib, sezib, bezib keçəcəklər şeirlərimi
Mənsə kəskin qələmlə kim olduğumu təsdiqləməkdəyəm eqomu əzdirmədən
Əslində isə professional cibgir və bir gün əl uzadıb görüşsən
Barmaqlarından biri əksik gələ bilər
Darmadağın içim Fələstin qədər, ‘’yeah’’
Bir qulaqlıq mədənizi bulandırmağa razıyam
F’Rhyme səhərəcən ‘’pussy’’lərlə oynasa da, sübh çağı çıxan
Günəşin dəliyini belə sulandırmağa hazırdır
Bu qumardırsa, oyun sonunda tumansız qalarsız
Ən sadiq dinləyicin qulaqsızdır, məncə
Hördü önümə divar, sistem
Bu bir az pisdir, viran hissdir
Axır-əvvəl təslim olur, kim acizdir
Mənsə simasız bir heyvərə
Gizli-gizli satıram bir artistin pirat diskini
Yazdım din və ya siyasi filan riskli sətirlər
Yolda yaxınlaşdı piyan birisi
Dedi: ‘’Kəllən, deyəsən, silah istəyir’’ Açığı, qorxmadım
Çün doğmadır şeytanla FRhyme, siam əkizidir, ah
Dairəvi pəncərəmdən oğrulayıb ‘’inception’’ı
Pristav et Christopher Nolan
Öz ölkəmdə miqrant bir insanam
Qəfil oyada bilərəm minin sabah
Əhaliylə kamuflyajda gözə dəymirəm deyə
Verir hələ ki diaspora "фора"
Gəlmir içimdəki kin insafa, ‘’bro’’lar
Yazıram pinqvinlərə məktub ki
Xpertdən sonra, nolar, viza göndər, mən də gəlim ora, ah
Bu fısıltılar qulağıma laylay
Bitməyən ‘’kısır döngü’’ bulağına qayıdaraq
Çatlamış ayna, yadlaşıb hər kəs
Qarmaşıq tapmaca bu, tap macal, ya qaç, ya qal
Şəhərin təhlükəsizlik kameralarına baxıb
Özümü hamı kimi aparmağa çalışmağım normaldırmı, həkim?
Modern tibb susur, heç olmasa, sən danış