İradə İbrahimova
Sevgi Nağılı
[Bənd 1]
Sən mənə tanrının
Ən əziz payısan
Səadət qoymaz ki
Uzağa düşək biz
Taleyim, qismətim
Mənimsən hər zaman
Vüsal yollarında
Hər gün görüşək biz
[Nəqərat]
İtib xəyallarda
Təki batmasın
Sevginin özünə
Bir həyat verək biz
Səni yad baxışlar
Qoy aldatmasın
Hicransız, həsrətsiz
Günləri görək biz
[Bənd 2]
Şirin sözlərinlə
Açılanda səhər
İçərik birlikdə
Eşq piyaləsini biz
Ötər dəqiqələr
Necə də bəxtəvər
Qəlbinə oxuyaq
Sevgi nəğməsini biz
[Nəqərat]
İtib xəyallarda
Təki batmasın
Sevginin özünə
Bir həyat verək biz
Səni yad baxışlar
Qoy aldatmasın
Hicransız, həsrətsiz
Günləri görək biz
İtib xəyallarda
Təki batmasın
Sevginin özünə
Bir həyat verək biz
Səni yad baxışlar
Qoy aldatmasın
Hicransız, həsrətsiz
Günləri görək biz