İradə İbrahimova
Gün Gələcək
[Bənd 1]
Gözləyirəm hələ, elə bir gün gələ
Elə gün ki, bəxtim oyana
Bəlkə indidən belə, bəlkə də bir ilə
O mənim qarşımda dayanar

[Keçid]
Sevgilim, canım, gözüm
Sözləri necə düzüm?
Sevirəm səni, səni sevirəm
Neçə vaxtdır gözləyirəm

[Nəqərat]
Gün gələcək, o məni sevəcək
Belə lap öləcək dərdimdən
Bir işıqlı gecə utanıb, gizlicə
Tutacaq titrəyən əlimdən

Hələ gün gələcək, o məni sevəcək
Belə lap öləcək dərdimdən
Bir işıqlı gecə utanıb, gizlicə
Tutacaq titrəyən əlimdən

[Bənd 2]
Haçalan, ay yolum, mən o yana durum
Mən o yana, yarım bu yana
Heç gözdən qoymadım, mən yardan doymadım
Rast gəlmədim yardan doyana
[Keçid]
Bəzəyim, qaşım, gözüm
Sevirəm, neyləyim özüm?
Sevirəm səni, səni sevirəm
Allar-illər gözləyirəm

[Nəqərat]
Gün gələcək, o məni sevəcək
Belə lap öləcək dərdimdən
Bir işıqlı gecə utanıb, gizlicə
Tutacaq titrəyən əlimdən

Hələ gün gələcək, o məni sevəcək
Belə lap öləcək dərdimdən
Bir işıqlı gecə utanıb, gizlicə
Tutacaq titrəyən əlimdən

[Keçid]
Bəzəyim, qaşım, gözüm
Sevirəm, neyləyim özüm?
Sevirəm səni, səni sevirəm
Allar-illər gözləyirəm

[Nəqərat]
Gün gələcək, o məni sevəcək
Belə lap öləcək dərdimdən
Bir işıqlı gecə utanıb, gizlicə
Tutacaq titrəyən əlimdən
Hələ gün gələcək, o məni sevəcək
Belə lap öləcək dərdimdən
Bir işıqlı gecə utanıb, gizlicə
Tutacaq titrəyən əlimdən

Hələ gün gələcək, o məni sevəcək
Belə lap öləcək dərdimdən
Bir işıqlı gecə utanıb, gizlicə
Tutacaq titrəyən əlimdən

Hələ gün gələcək, o məni sevəcək
Belə lap öləcək dərdimdən
Bir işıqlı gecə utanıb, gizlicə
Tutacaq titrəyən əlimdən
Tutacaq titrəyən əlimdən
Tutacaq titrəyən əlimdən