[Bənd 1]
Gəl yanıma, gəl məni öyrət
Məni dinlə, yenə sənlə dərs edək
Gəl yanıma, gəl şahidim ol
Bu ömrümə, müəlliməm ol fərz edək
Sən mənim alnıma
Yazılan gözəl yazımsan
Bu dünyada mənim
Cənnətimsən, qızımsan
[Nəqərat]
Sənlə dil açdım, sənlə yeridim
Varlığınla sanki var oldum
Nədir analıq, sənlə öyrəndim
Sanki ağaca bar oldum
Görən gözlərim, ana hisslərim
Bil ki, tək sənlə öyünəcək
Bir gün nə vaxtsa yox olub getsəm
Qəlbim səndə döyünəcək
[Bənd 2]
Gəl yanıma, gəl məni öyrət
Məni dinlə, yenə sənlə dərs edək
Gəl yanıma, gəl şahidim ol
Bu ömrümə, müəlliməm ol fərz edək
Sən mənim alnıma
Yazılan gözəl yazımsan
Bu dünyada mənim
Cənnətimsən, qızımsan
[Nəqərat]
Sənlə dil açdım, sənlə yeridim
Varlığınla sanki var oldum
Nədir analıq, sənlə öyrəndim
Sanki ağaca bar oldum
Görən gözlərim, ana hisslərim
Bil ki, tək sənlə öyünəcək
Bir gün nə vaxtsa yox olub getsəm
Qəlbim səndə döyünəcək
Sənlə dil açdım, sənlə yeridim
Varlığınla sanki var oldum
Nədir analıq, sənlə öyrəndim
Sanki ağaca bar oldum
Görən gözlərim, ana hisslərim
Bil ki, tək sənlə öyünəcək
Bir gün nə vaxtsa yox olub getsəm
Qəlbim səndə döyünəcək