İradə İbrahimova
Bu Aralar
[Bənd 1]
Dedin ki: “Bitirdik hər şeyi
Bu gündən artıq”
Yoxsan yanımda

Əlini çəkib getdin
Qorxuram, tək qalam mən də
Yalnızlığımda

Yar, uzaq, sabahlar bizə uzaq
O sən, mən əvvəlki biz deyilik
Ah, gözlərim dalar gedər boşluğa
Tükənər ümidim, ümidsizliyim...

[Nəqərat]
Alov-alov yanıram
Ayrılığı danıram
Göz yaşlarım da hədər
Axıb gedər sonsuzluğa

Kilidlənib anılar
Gülümsəyir sonbahar
Dəyərsizmi arzular?
Unutmaq asanmıdır?
Sənsizəm bu aralar...
[Bənd 2]
Dedin ki: “İtirdik hər şeyi
Bu gündən artıq”
Yoxsan yanımda

Əlini çəkib getdin
Qorxuram, tək qalam mən də
Yalnızlığımdan


Yar, uzaq, sabahlar bizə uzaq
O sən, mən əvvəlki biz deyilik
Ah, gözlərim dalar gedər boşluğa
Tükənər ümidim, ümidsizliyim...

[Nəqərat]
Alov-alov yanıram
Ayrılığı danıram
Göz yaşlarım da hədər
Axıb gedər sonsuzluğa

Kilidlənib anılar
Gülümsəyir sonbahar
Dəyərsizmi arzular?
Unutmaq asanmıdır?
Sənsizəm bu aralar...
Alov-alov yanıram
Alov-alov yanıram
Göz yaşlarım da hədər
Axıb gedər sonsuzluğa

Kilidlənib anılar
Gülümsəyir sonbahar
Dəyərsizmi arzular?
Unutmaq asanmıdır?
Sənsizəm bu aralar...