[Bənd 1]
Nənə...
Nigaran olma mənə
Bilirəm, nə qədər böyüyəm
Yenə də görürsən gozlərində bəbə
Mən sənin əllərində fərasətli böyümüşəm
Hər kim tutub yaxamı, zor deyibdir döymüşəm
Nənə, düzdür atasız böyümüşəm
Amma həyatın yaxşılığını, pisini yaxşı görmüşəm, nənə
Kürəyim yaralıdır, mənim əllərimdə qələm
Hər kim gəldi dedi sənə
Oğlun nəşəlidir, nədir, batırır iynə damara
Elədir, belədir, inanma...
Nənə, sənə qurban olum, and içirəm, bilmirəm mən nəşə nədir
Eşidirsən məni? İstəmişəm həmişə fəxr edəsən mənə, nənə
Nigaran olma mənə, bərkimişəm olana gədər
Xəbərin vardı məndən, dərbənəndə vurulmuşam fələk əlinə bu yaşa qədər
İndi mən o qədər sırtığam ki, dağlar qona belimə mənim, varam ginə
Təki sən ol yanımda, hamıdan bil bəxtəvərəm mən, nənə
[Keçid]
Bəlkə də məndən küsmüsən, nənə
Gedirəm burda qalmıram, nənə
Bəlkə də məndən küsmüsən nənə
Gedirəm qalmıram, gedirəm, nənə
[Bənd 2]
Nənə...
Bilirəm, yaxşı oğul olmadım sənə
Mənim hər ağrılarıma məndən çox ağrıdın, nənə, bilirəm
Demirəm, düzgünəm və peyğəmbər yolu gedirəm
Amma bir qeyrət, vicdan vardır, atamdandır mənə, nənə
Nənə, mən davamlıyam, dəyməyib hələ dizimə çənəm
Mən küçələr oğluyam, bax karıxıb hünər yolunu, üz gətirib burda mənə
Nənə sənə kim deyibdir içkiliyəm mən?
Nənə... Nənə mən...
Nənə, mən içsəm əgər, itirmərəm bil bunu
Yaxşını bacarmasam, pislik eləmərəm onu
Bilirəm, incidirəm, ürəyin mənə qan ilə hər gün dolur
Amma məndə yox günah, nənə, zaman kəpənək olur
Mənim də quruluşuğum budur, nənə
İndi olmuş, ya da sonra, geci-tezi vardır, nənə
Yaşadır həyat fənanı
Deyirlər, inanma sən, qulduruq edir filanı
Əlini aç güvə, nənə, eylə duvanı
Ürəyim qurd ürəyidir, beynim qan, başım bəlalı
Bir gün görsən əgər köynəyimdə qırmızı qanı, nənə...
İstəmirəm ki, görəm gözündə yaşı
Mənim budur xəyalım
Nə qədər vardır qadan, qoy özüm alım
Başını qoy çiynimə, bir kəlməyə yolunda mən canımı danım
İnan, bu tənə, nənə
Əgər ki, tək bir dəfə qəsdən sənə toxanmışam
Haramdır bu qanım mənə
[Çıxış]
Bəlkə də məndən küsmüsən nənə
Gedirəm burda qalmıram, nənə
Bəlkə də məndən küsmüsən nənə
Gedirəm burda qalmıram, nənə