Şövkət Ələkbərova
Qızılgül
[Bənd 1: Xan Şuşinski]
Keçən il gördüm səni
Heyran eylədin məni
Gözəl qız, al geyinib
Gəl, ol anam gəlini
O nə xaldır yanağında?
O nə xaldır yanağında, yanağında, yanağında ay?
Öldürmə, qız, məni
Sevirəm səni
Ah, necə sevdim, necə sevdim, necə sevdim, yar
Mən necə sevdim, necə sevdim, necə sevdim, yar
[Bənd 2: Şövkət Ələkbərova]
Bilirəm ki, sevirsən
Keçən ildən məni sən
Lakin, mən sevməyirəm
Onu da bilməlisən
Bilməlisən, bilməlisən, hey
[Nəqərat: Xan Şuşinski, Şövkət Ələkbərova]
Qızların adətidir
Sevdiyi oğlana naz eylər
Nə qədər naz eyləsə
Oğlan aldadıb, yoldan eylər
Sevgiyə naz nə gərəkdir?
Sevgisiz naz ola bilməz
Sevgiyə naz nə gərəkdir?
Sevgisiz naz ola bilməz
[Bənd 3: Xan Şuşinski]
Yenə könlümün quşu
Uçdu yar budağına
Səni görcək nəzərim
Düşdü ağ buxağına
O nə xaldır yanağında?
O nə xaldır yanağında, yanağında, yanağında ay?
Öldürmə, qız, məni
Sevirəm səni
Ah, necə sevdim, necə sevdim, necə sevdim, yar
Mən necə sevdim, necə sevdim, necə sevdim, yar
[Bənd 4: Şövkət Ələkbərova]
Bilirəm ki, sevirsən
Keçən ildən məni sən
Lakin, mən nişanlıyam
Əlini üzməlisən
Üzməlisən, üzməlisən, hey
[Nəqərat: Şövkət Ələkbərova, Xan Şuşinski]
Qızların adətidir
Sevdiyi oğlana naz eylər
Nə qədər naz eyləsə
Oğlan aldadıb, yoldan eylər
Sevgiyə naz nə gərəkdir?
Sevgisiz naz ola bilməz
Sevgiyə naz nə gərəkdir?
Sevgisiz naz ola bilməz