Şövkət Ələkbərova
Qara Gözlərin
[Bənd 1]
Hüsnünün seyrindən doymayır ürək
Nə bəladır sənin qara gözlərin?
Bir baxışda min bir cadu oxuyur
Ömür çırağıdır yara gözlərin
[Nəqərat]
Gah coşub, gah xumar-xumar baxanda
Şimşək kimi başım üstdə çaxanda
Atəş olub dərdli canım yaxanda
Uymasın, amandır, yada gözlərin
[Bənd 2]
Xəyalın fikrimi oynatdı birdən
Qəlbimdə əksini gördüm bir səhər
Saymadın, salmadın mənə bir nəzər
Baxırdı, bilmirəm, hara gözlərin
[Nəqərat]
Gah coşub, gah xumar-xumar baxanda
Şimşək kimi başım üstdə çaxanda
Atəş olub dərdli canım yaxanda
Uymasın, amandır, yada gözlərin
[Bənd 3]
Zəmanə qızısan, mübariz, qoçaq
Heyif ki, düşmüsən bizlərdən qaçaq
Bir de, mən də bilim, nə zaman, haçan
Edəcək dərdimə çara gözlərin?
[Nəqərat]
Gah coşub, gah xumar-xumar baxanda
Şimşək kimi başım üstdə çaxanda
Atəş olub dərdli canım yaxanda
Uymasın, amandır, yada gözlərin