Şövkət Ələkbərova
Dedim
[Bənd 1]
Dedim, gəl çıxmayaq uca dağlara
Dedi, qorxma, qorxma duman ha deyil
Dedim, kirpiklərin tökdü qanımı
Dedi ki, qaşlarım kaman ha deyil, deyil

[Bənd 2]
Dedim, gül dərmişəm eşqin bağından
Dedi, keçməmisən Sənan dağından
Dedim, şamamanı dərrəm tağından
Dedi ki, nə olub, talan ha deyil, deyil

[Bənd 3]
Dedim, doymamışam şəhdü-şəkərdən
Dedi, var xəbərim bu son xəbərdən
Dedim, işıqlıdır könlün səhərdən
Dedi, başqa sayaq olan ha deyil, deyil

[Bənd 4]
Dedim, sevdamızı el, hamı bilir
Dedi, kim bu eşqi qeylü-qal bilir?
Dedim, dodağını Rahim bal bilir
Dedi ki, doğrudur, yalan ha deyil, ha…