Şövkət Ələkbərova
Tez Gəl
[Bənd 1]
Deyirdin, gələrəm
Bahar gələndə
Yaz da artıq gəlib ötüşdü
Tez gəl

Deyirdin gələrəm
Bahar gələndə
Yaz da artıq gəlib ötüşdü
Tez gəl

Səni gözləməkdən
Səbrim, qərarım tükəndi
Bəxtimə çən düşdü
Tez gəl

Səni gözləməkdən
Səbrim, qərarım tükəndi
Bəxtimə çən düşdü
Tez gəl

[Nəqərat]
Ömrümüz-günümüz ötüşdü
Tez gəl
Gəl, gəl, gəl, gəl
Əzizim, tez gəl
Ömrümüz-günümüz ötüşdü
Tez gəl
[Bənd 2]
Odamı düşmüşəm, közə, bilmirəm
Artıq ayrılığa dözə bilmirəm
Odamı düşmüşəm, közə, bilmirəm
Artıq ayrılığa dözə bilmirəm

Əllərimi səndən üzə bilmirəm
Artıq saçlarıma dən düşdü
Tez gəl
Əllərimi səndən üzə bilmirəm
Artıq saçlarıma dən düşdü
Tez gəl

[Nəqərat]
Ömrümüz-günümüz ötüşdü
Tez gəl
Ömrümüz-günümüz ötüşdü
Tez gəl
Gəl, gəl, gəl, gəl
Əzizim, tez gəl

Ömrümüz-günümüz ötüşdü
Tez gəl
Ömrümüz-günümüz ötüşdü
Tez gəl
Gəl, gəl, gəl, gəl
Əzizim, tez gəl