Şövkət Ələkbərova
Vətənim Mənim
[Bənd 1]
Mən keçirəm dağlardan
Geniş dərələrdən
Bu dərələr xəyaldır
Dağlar sanki nağıldır

Sən şirin bir nəğməsən
Vətənim mənim
Vətənim
Ürəyim, bil, əbədi sənə bağlıdır

[Bənd 2]
Meşələrin kölgəli
Çayların dolu sulu
Axar həzin nəğmələr
Aparar məni, məni

Qəşəngsən, nə gözəlsən
Vətənim mənim, vətənim
Qəlbimdə sən gözəlsən
Tapmışam səni

[Bənd 3]
Lalələr od kimi yanır
Düzlərdə yenə
Gəzəndə elimi
Qəlbim sığmır sinəmə
Sən, ey qırılmaz qanadım mənim
Azərbaycanım
Həyatım mənim

[Nəqərat]
Göylərdən nur içir
Daşın-torpağın, Vətənim
Torpağına qurban olum
Vətənim mənim

Göylərdən nur içir
Daşın-torpağın, Vətənim
Torpağına qurban olum
Vətənim mənim
Vətənim mənim
Vətənim mənim